Bəxtiyar Hacıyev və Tofiq Yaqubluya qarşı törədilən əməllər ilə əlaqədar İnqilabın Səsi bəyanatı

Bəxtiyar Hacıyev və Tofiq Yaqubluya qarşı törədilən əməllər ilə əlaqədar İnqilabın Səsi bəyanatı

"İnqilabın səsi" Bəxtiyar Hacıyev və Tofiq Yaqubluya qarşı törədilən əməlləri pisləyir.

 

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci ildən etibarən Xətai rayon məhkəməsinin qərarı ilə həbsdədir. Sonrakı müddətdə apellyasiya şikayətləri qəbul edilməyib, 2-ci dəfə aclıq aksiyasına başlayıb.

23 dekabr 2022-ci ildə Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilən aksiyada Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublu da 30 sutka həbs edilib. Yaqublu 5 yanvardan etibarən saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasındadır. O, aksiyaya İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailəsi ilə görüş verilməməsinə, sovqatların qəbul olunmamasına və məhkəmə qərarına etiraz olaraq başladığını bildirib.

Əlbəttə, YAP avtokratiyasının müxaliflərini əsassız həbs etməsi, onlara qarşı ləyaqətsiz hərəkətlər etməsi ilk dəfə baş vermir, amma buna öyrəşilməməlidir də. Hakim qüvvənin müxalifətə qarşı repressiv addımlarına inqilabçı marksistlər olaraq qarşıyıq, bununla mübarizə aparmağı inqilabi mübarizəmizin ayrılmaz hissəsi kimi görürük. Əks mövqe birbaşa olaraq hakimiyyətin əlinə oynamaqdır. Fəqət, bizlər burjua iqtidara qarşı burjua müxalifətin arxasına düşməyi quyruqçuluq olaraq adlandırırıq. Hakimiyyətin təzyiqlərinə qarşı öz vasitələrimizlə, sinif mübarizəsinin lazımi aparatları ilə cavab verməliyik.

Hakimiyyətin özünün qoyduğu oyun qaydalarına (oxu: qanunvericilik) belə riayət etməməsi ona qarşı tək mübarizə üsulunun inqilabçı mübarizə olduğunu bir daha göstərir. Bütün yoldaşları bolşevik-leninizm bayrağı altında birgə mübarizəyə səsləyirik!