1 İyun və Uşaq İstismarı

1 İyun və Uşaq İstismarı

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqların insanlığın ən həssas hissəsidir və kapitalizm o dərəcədə “effektivdir” ki, XXI əsrdə uşaqların da əməyini istismar edir. Ucuz işçi qüvvəsi bir çox böyük şirkətlər arasındakı rəqabətin həlledici amillərindən birinə çevrilir və uşaqlar əməyi ən ucuz ödənilən sosial qrupdur.

 

 - UNİCEF qeyd edir ki, hazırda 1,2 milyard uşaq çoxölçülü yoxsulluqdan əziyyət çəkir. Bu o deməkdir ki, onlar əsas tələbatlarından ən azı birini ödəyə bilmirlər: kimin üçünsə təmiz su əlçatan deyil, kimsə tam qidalana bilmir, kimsə təhsildən, kimsə əlçatan səhiyyə xidmətlərindən məhrumdur, kiminsə yaşayış yeri yoxdur;

- 360 milyondan çox uşaq ən pis yoxsulluq şərtlərində yaşayırlar və başqa seçimə malik deyillər;

- Planetdə 160 milyon uşaq əmək istismarına məruz qalır. 79 milyon uşaq həyatları, fiziki və psixoloji sağlamlıqları üçün təhlükəli olan şəraitdə işləmək məcburiyyətindədirlər;

- Zavodlar, şaxtalar və kənd təsərrüfatında 63 milyon qız və 97 milyon oğlan uşaqları işlədilirlər. Bu, dünyadakı hər 10-cu uşaq deməkdir;

- İnkişaf etməmiş ölkələrdə 5 yaş ilə 17 yaş aralığındakı hər 4-cü uşaq işləməyə məcburdur;

- Hər il 100 mindən çox uşaq silahlı münaqişələr zamanı həyatını itirir. Ölüm səbəbi hər zaman müharibənin özü yox, onun nəticələri də ola bilir. Uşaqlar aclıq, antisanitar şərtlər, tibb müəssisələri və dərman ləvazimatlarının əlçatan olmaması səbəbilə həyatlarını itirirlər;

- Araşdırmalar “Apple”, “Google”, “Samsung”, “Dell”, “Microsoft”, “Tesla”, “Nestle” və “Mars” kimi transmilli şirkətlərin uşaq əməyinin istismarına yol verdiyini sübut edir.

 

Bu və digər statistik göstəricilər dünyada uşaq əməyinin istismarı və uşaqların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin xüsusi effekt vermədiyinin sübutudur. Xüsusi mülkiyyətin mövcud olduğu cəmiyyətlərdə əməyin istismarını aradan qaldırmaq mümkünsüzdür və uşaqlar ən həssas qrup kimi hər zaman bu istismarın ön cəbhəsində yer alırlar.

 

Yalnız inqilabi dəyişikliklər uşaqların həyatını məhv edən iqtisadi bərabərsizlik, istismar, yoxsulluq və digər kapitalizmin yaratdığı dəhşətləri aradan qalxdıra bilər. Digər istismar olunanların və uşaqların həyatını xilas etmək məhz bizim əlimizdədir!

 

Siz də sıralarımıza qoşularaq inqilabi nəzəriyyə ilə silahlana və bəşəriyyətin taleyindəki köklü dəyişikliklərin subyektinə çevrilə bilərsiniz!