Kirov cinayəti: Repressiyalar üçün hazırlıq yoxsa təbii ölüm?
Ülvi Ələkbərzadə
Bəlkə də, Kirov cinayəti ilə Stalinizmin nə qədər caniləşə biləcəyini görürük.
İlkin olaraq o dövrun siyasi sferasına baxaq:
Trotski liderliyindəki sol müxalifətə qarşı Stalin bürokratiyanı daha da gücləndirməyə başlayır.
Artıq Sovet İttifaqı İdarə Heyətində sadəcə və sadəcə Stalinin idarəçiliyinə mane törətməyənlər qalırdı.
Lakin yavaş-yavaş narazıçılıq artmağa başlayır və hətta Stalinistlər özləri belə siyasi ağırlaşmadan qorxmağa başlayırlar. Bu dönəmdə təzyiqin azalması üçün özünü göstərən Ryutin kəndli yönümlü fraksiya və 200 səhifəlik müxalifət platforması ilə qarşı çıxmağa başladı. Stalin Ryutinin edamını istəsə də,nisbətən daha ''mülayim'' fiqurlar olan Kirov və Orjonikidze qarşı çıxır və sadəcə uzun müddətli həbs qərarı ilə kifayət olunur.
Kirovun özu Stalinist hökumət dönəmi haqqında qısa şəkildə xatırlatmaqda fayda var.
Kirov 1904-cü ildə Rusiya Sosial Demokrat Partiyasına qatılır. 1905 və 1917-ci il rus inqilablarında iştirak edir. İnqilab sonrası dövrdə Azərbaycana gəlir. 1921-1925-ci illər ərzində Azərbaycan SSRİ-nin əsas idarəçilərin biri olaraq tarixə keçir. Leninin ölümü sonrasında isə Stalini dəstəkləyir. Bir çox mənbələrdə Stalinə gorə daha mülayim olduğu qeyd edilir.
Kirov cinayəti necə və kim tərəfindən baş verdi?
Stalin Kirovu Moskvadan uzaq tutmaq fikrində idi və bu səbəblə də, onu Qafqaza göndərir. Sonra isə, bir çox “qurban”ına tətbiq etdiyi kimi saxta maşın qəzası ssenarisi tətbiq etməyə çalışsa da, bu suiqəsd cəhdi uğursuz olur.
Cinayət anına gəldikdə isə bu hadisə Rusiya Bolşevik Partiyasının Leninqrad təşkilat mərkəzində otağan girən zaman Nikoleyeviç tərəfindən Kirovun öldürülməsi ilə nəticələnir.
Stalinin Kirovun öldürülməsini öz əli ilə planladığı məlumdur. Kirovun qatili Nikoleyeviç Kirovun olduğu ərazilərdə bir neçə dəfə görülmüş və Kirov bir çox suiqəsd cəhdindən sağ çıxa bilmişdi.
Tək maraqlı hissələr əlbəət də buralar deyil . Kirov binaya girende niye heç bir NKVD işçisi binada olmaması və ya yoldaş Kirovun hem muhafizəçisi həm də Kirovun ən yaxın dostunun onun mühafizəçisi kimi yaxınlığında olmasına NKDV icazə vermir və Kirov cinayəti sonrası dostu Borisov da öncədən planlanmış maşın qəzası ilə öldürülür.
Stalin bu cinayətin tamamlanmasını səbirsizliklə gözlədi və cinayətin axşamında “terrora qarşı əməliyyat” adı ilə repressiya siyasətini tətbiq etməyə başlayır.
Stalinizmin ən böyük ideoloqlarından olan Grover Furr Kirov haqqında yazdığı kitabda bu cinayətin əsassız və “başqa anlamlar çıxarılmasının” mənasız olduğunu vurğulayır. Bu Stalinin açıq-aydın repressiya siyasəti üçün ön-hazırlıq və saxta qığılcım yaratdığını inkar etmək və həqiqətdən qaçış yoludur. Bu cinayətin əsas səbəbi Stalinə və iqtidarına təhlükə yaratma potensialı olan hər faktoru aradan qaldırmaq üçün hazırlıq yaratmaqdan başqa bir şey deyildir.
SSRİ-nin inkişaf xəttini düzgün təhlil etmək üçün Stalizmin yaratdığı əksinqilabi dalğanı anlamaq lazımdır. Kirov cinayəti bu əksinqilab prosessində tarixi önəmə sahib olan hadisələrdən biridir.