İnternasional 1 May Bəyanatı

İnternasional 1 May Bəyanatı

1 May 2024:

Dünyanın bütün işçiləri, müharibələrə, militarizasiyaya və müharibə iqtisadiyyatına qarşı birləşin!

Hər həftə müharibə çağırışları və qışqırıqları daha da yüksəlir və Avropa ilk sıralarda yerini alır. Ukraynada imperialist qətliam bütün sürəti ilə davam edərkən NATO-nun Avropalı üzvləri “müharibə hazırlığını,” “müharibə iqtisadiyyatını”, məcburi hərbi xidmətin yenidən başladılmasını, mürtəce xarakterli milliyətçi isteriyanı qığılcımlandırır. Avropa Birliyi və ona üzv olan dövlətlər dünyanın yenidən bölüşümündəki paylarını dəstəkləmək üçün işçiləri və gəncləri bu müharibənin alovuna atmağa hazırlaşır və hərbi büdcələrini artırır.

İsrailin Fələstin əhalisinə qarşı davam etdirdiyi soyqırım müharibəsi, ABŞ və digər imperialist qüvvələrin dəstəyi sayəsində on minlərlə Fələstin uşaq və yaşlıların ölümü ilə 6-cı ayını tamamladı. İsrail, böyük cəzasızlıq siyasəti nəticəsində hər gün qətliama davam edir.

1 May üçün bu beynəlmiləl müraciətin ilkin versiyasının hazırlandığı əsnada belə beynəlxalq siyasi gərginlik daha da şiddətləndi və Orta Şərqdə ümumiləşdirilmiş bir müharibəyə çevrilmə təhlükəsi yarandı.

Netenyahu hökümətinin, çətinliklərin öhdəsindən gəlmək üçün müharibəni bütün Orta Şərq regionuna yaymaq cəhdi bizi Sionist dövlətə və onun himayədarlarına qarşı beynəlxalq səfərbərliyi daha da gücləndirməyə istiqamətləndirməlidir.

Avrasiyanın Sakit Okean sərhədində də vəziyyət çox da fərqli deyil. ABŞ-ın iki atom bombası ilə məğlub etdiyi Yaponiyada hökümət militarizasiyanı cilovsuz və geniş bir şəkildə tamamlamaq üçün ABŞ-ın qüvvəsi ilə konstitusiyasını dəyişdirməyə hazırlaşır. Tayvan isə regionda saatlı bomba rolunu ifa edərək Çinin artan iqtisadi nüfusu və hərbi iddialılığının qarşısına qoyulur.

Kapitalist böhranının qlobal konteksti və aralarında Rusiya və Çinin də olduğu kapitalist güclər arasındakı rəqabət mövcud imperialist dövlətləri, yəni ABŞ və Avropanın sənaye və maliyyə üstünlüyünü sarsıdır. Bu vəziyyət “çoxqütblü dünya” tərəfdarlarının iddia etdiyi kimi yeni balanslaşdırılmış və dinc tarazlıq yaratmaq bir yana, geriləyən qüvvələri proteksionizm, dövlət tərəfindən maliyyələşdirilən sənaye siyasəti və hərbi müdaxilə vasitəsilə öz üstünlüklərini gücləndirməyə sövq edir. Üçüncü Dünya Müharibəsinin kapitalistlərarası didişmənin bir nəticəsi olaraq ortaya çıxma ehtimalı heç zaman bu qədər yüksək olmamışdı.

Ukraynadakı müharibə, kapitalizmin Avropa mərkəzində yüz minlərlə insanın ölümünə səbəb olarkən və milyonlarla insanı öz məskənlərindən didərgin edərkən, eyni monopoliyalar Afrika qitəsində təbii resurslar və ucuz işçi qüvvəsi üçün (Sudan və Konqo başda olmaqla) daha az intensivlikli, fəqət daha az qanlı olmayan müharibələr yaradır.

Latın Amerikada isə böyük qüvvələr arasındakı qarşıdurma açıq müharibələr olaraq baş vermir. Regiondakı qarşıdurma özünü zəhmətkeşlərin tarixi qazanclarını, öz-təşkilatlanmalarını, tətil və protest hüquqlarını əllərindən almaq üçün burjuaziyanın hərbi çevrilişlərə və ya ABŞ və Avropa imperializmi ilə uyğunlaşan sağçı diktatorlara (ən sonuncusu Argentinadakı Milei) verdiyi dəstəkdə göstərir. Bu hücumu sadəcə istismar edilənlərin rəhbərliyində işçilərin və işsizlərin birliyinin mümkün olduğu müstəqi sinif mübarizəsi və aksiyaları durdura bilər. Bu şərtlər altında isə faşist ordu təşkilatlanması ilə uyğunlaşan, eyni zamanda əmək düşməni-kapital dostu qanunlar çıxaran Braziliyadakı Lula hökümətinin olduğu kimi mərkəz-sol burjua koalisiyaları; Argentinadakı Peronizm və ya Türkiyədəki Kamalist CHP isə aclıqdan ölmək üzrə olan xalqa seçkiləri göstərir, Milei və ya Ərdoğanın 2027 və 2028 seçkilərinədək yorulacaqlarını ümid edərək seçkidə məğlub edilmələrini “gözləməyi” təklif edirlər. İsrail Qəzzədəki Fələstinlilərə qarşı etnik təmizləməni intensivləşdirmək məqsədi ilə soyqırım törədir; “Böyük İsrail”i quraraq “haqqı olduğunu iddia etdiyi torpaqları” əldə etmək üçün bütün müharibə atmosferindən və militarist gərginlikdən istifadə edir. İsrailin arxasında isə didişmələrə və görüş ayrılıqlarına rəğmən soyqırımı hərbi və maliyyə cəhətdən dəstəkləməyə davam edən himayədar ABŞ və Qərb imperializmi durur.

Biz inqilabçılar əzilənlərin üsyan etmək haqqını hər bir şərtdə müdafiə edirik. 7 Oktyabr, İsrailin Qəzza, Qüds və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı getdikcə aqressivləşən siyasətinə cavab idi və bu İsrail rəhbərliyinin Oslo razılaşmasına sadiqliyini və işlək olmayan iki dövlət həllini böhran vəziyyətinə salan siyasətinə qarşı bir cavab idi. Biz Fələstin müqavimət təşkilatlarının vahid cəbhəsinə qeyd-şərtsiz dəstəyimizi bəyan edirik və vurğulayırıq ki, Fələstin xalqının qələbəsi mövcud münaqişənin unikal, dünyəvi və sosialist Fələstini fəth edəcək bir inqilaba çevrilməsindən asılıdır və bu, Orta Şərq Sosialist Federasiyası uğrunda mübarizədə birləşən regional inqilabi dalğa yolu ilə olacaqdır.

İsrailin Fələstindəki hücumuna və soyqırımına qarşı mübarizə etmə duyğusu qəzəb, iradə və daha az qanlı olmayan digər müharibələrin daha geniş portretinə və yaxınlaşan Üçüncü Dünya Müharibəsi təhlükəsinə dair şüurun artmasına kömək etməlidir. Müharibə iqtisadiyyatı üçün ağır fədakarlıqları qəbul etməyə və kimin onları istismar edəcəyinə qərar vermək üçün bir-birlərini öldürməyə çağırılan işçilər, proletarlar bu fədakarlıqları rədd etməli, kapitalın müharibələrinə qarşı müharibə elan etməli və dünyadakı kapitalist hökmranlığı yıxmaq üçün təşkilatlanmalıdırlar.

Maaşlı köləlik üzərində kapitalın “hüquqlarını” təmin etmək üçün qanunvericilik səlahiyyəti burjua sinfinin mənafeyinə təhlükə yaradan hər hansı mübarizədən kapitalı qoruyan məhkəmə hakimiyyəti və (1886-cı ildə Çikaqoda dörd fəhlə liderinin asılmasından sonra) dünyanın hər yerində tətil və etiraz aksiyaları yolu ilə müqavimət göstərən işçilərə qarşı istismarı gücləndirmək üçün vətəndaş müharibəsi aparan silahlı qüvvələr ilə burjua xarakterli dövlət kapitalın istismarına şərait yaradır. kapitalın istismarına şərait yaradır. Ona görə də 1 May həm də işçilərin burjua dövlətinə qarşı beynəlxalq mübarizə günüdür.

Bu gün işçilərin və bütün bəşəriyyətin üzləşdiyi ən böyük təhlükə kapitalist hökumətlərinin xalqı ümumiləşdirilmiş müharibə vəziyyətinə salmasıdır; Yəni Ukrayna, Sudan, Konqo, Fələstində olduğu kimi bütün dünyaya yayıla biləcək qətliam təhlükəsidir. Biz hal-hazırda davam edən müharibələrin səbəbkarı olan imperialist hökumətlərə qarşı duraraq, beynəlxalq qüvvələrimizi bütün müharibə edən imperialist partiyalara qarşı proletar cəbhəsində birləşdirərək bu təhlükəyə qarşı mübarizə aparmalıyıq. Pasifizm vasitəsilə müharibəyə qarşı çıxmaqdan söhbət gedə bilməz. İşçi sinfinə yeritdikləri mürtəce millətçi zəhərə qarşı proletar beynəlmiləlçiliyinin antidotu ilə cavab verməliyik. Bütün dünyada işçilərin daha yaxşı əmək haqqı, daha qısa iş saatı və daha sağlam iş şəraiti ilə bağlı ümumi sinfi maraqları var. Biz bütün dünyadakı qardaş və bacılarımızla sülh içində yaşamaq arzusunu bölüşürük.

İmperializm zülmü altında məzlum xalqların mübarizəsinin, zalım millətlərin məğlubiyyətinin imperialist dünya nizamına zərbə olduğunu və bütün dünyada istismar olunanların mübarizəsini gücləndirəcək bir rıçaq olduğunun şüurunda məzlum xalqlara ən güclü dəstəyimizi bəyan edirik. Böyük şəhərlərdəki işçilərin vəzifəsi öz hakim siniflərinin imperialist təcavüzü ilə özlərinə tabe etməyə çalışdıqları xalqları dəstəkləmək və bunun üçün öz ölkələrində hərəkətə keçməkdir. Bugünkü siyasi səfərbərliyin əsas hədəfi Fələstin xalqını dəstəkləməkdir.

Gəlin işçiləri parçalamağa yönəlmiş ksenofobiyaya qarşı cavabı yerli əhali ilə emiqrantlar arasında sinfi qardaşlıqla verək: Bizim sinfimiz beynəlmiləldir; Yüz milyonlarla insanımız müharibə, quraqlıq, iqlim dəyişikliyi və torpaqların zəbt edilməsi səbəbindən kənd yerlərindən şəhərlərə köçmək və ya böyük risk altında başqa yerlərə köçmək məcburiyyətindədir. Əgər yerli işçilər miqrant işçilərin mübarizəsinə qoşulsalar, miqrant işçilər maaşı aşağı salmaq üçün istifadə edilməyəcəklər.

Gəlin müharibə iqtisadiyyatına qarşı çıxaq!

Biz Ukrayna-Rusiya müharibəsi kimi imperialist müharibədə tərəf tutmayacağımızı və “düşmənin öz ölkəmizdə” olduğunu göstərməliyik. Bu müharibə hər iki tərəfin saxta demokratik arqumentlərlə özünü maskaladığı imperialistlər arası müharibədir. Rus və Ukrayna zəhmətkeşlərinin əsl düşməni öz hakim siniflərinin istismarçı maraqları naminə yüz minlərlə proletarı döyüş meydanlarında ətçəkən maşınına atan, insanları öldürən və şikəst edən öz hökumətləridir. NATO üzvü olan Avropa və Amerika ölkələrinin işçiləri üçün əsl düşmən NATO şirkətlərinin istismarını Ukrayna torpaqlarına və işçilərə yayan, ukraynalı işçilərin qanını tökən, işçilərin cibindən ödənilən silahları göndərən öz milli hökumətidir. Digər tərəfdən də, Putin anti-imperialist təşəbbüsü təmsil etmir, qlobal piroqdan rus kapitalist oliqarxiyasının payını təmin etməyə çalışır və bunu edərkən də Lenin siyasətinə hücum edir və çar Rusiyasını ucaldan təbliğata əl atır.

Bütün kapitalist dövlətlər, bütün hökumətlər daxili mübarizələri və parçalanmaları ilə böyük imperialist dövlətlərə, kapitalist inhisarlarına, beynəlxalq maliyyə sisteminə bağlı mənfəətpərəst burjuaziyaların ifadəsidir və müharibə yaradan ictimai sistemin tərkib hissəsidir. Bir çox ölkələr Qərb kapitalist gücləri ilə getdikcə daha kəskin münaqişələr yaşasalar da, bu güclərin heç biri işçi sinfinin “müharibəyə qarşı müharibə” uğrunda mübarizəsinin müttəfiqi deyil. Bu dövlətlərin öz işçi sinifləri və təsir dairələrində olan ölkələrin işçiləri ilə hansı münasibətlərə malik olduğuna nəzər saldıqda bunu anlamaq çox asandır.

Bizim tərəfimiz burjua dövlətlərinin deyil, istismar olunan və məzlum siniflərin, işçilərin, beynəlxalq proletariatın tərəfidir. Proletariat yeganə sinifdir ki, müharibələri bitirməkdən mənfəəti var və (öz-özünü təşkilatlandırdığı təqdirdə) istismarçılar tərəfindən aparılan müharibələrə son qoymaq qüdrətinə malikdir. Bunun üçün proletar internasionalizmi əsasında ortaq olan təşkilatlar birgə təşəbbüslərdə bir araya gəlməlidirlər. Artıq çox gec olmadan vaxt gəldi!

Keçmiş önəmlidir, lakin tarix bizi öz dövrümüzün problemlərinə necə cavab verdiyimizə görə mühakimə edəcək.

1 May 2024-cü ildə bütün dünyada eyni şüarlarla küçələrə çıxaq:

- Ukraynada NATO-Rusiya müharibəsinə son qoyulsun! "Əsl düşmən içəridədir!"

- Silahlanma yarışına və müharibə iqtisadiyyatına YOX! Hər kəs üçün pulsuz səhiyyə və təhsil! İş saatları azalsın, hamı işlə təmin etsin!

- Qəzzada soyqırıma son qoyulsun! Yaşasın azad Fələstin! Fələstin müqavimətinə tam dəstək! Hər yerdə milli, irqi, etnik və dini zülm son!

- Sudanda, Konqoda və hər yerdə imperialist müdaxilələrə və vasitəçilik müharibələrinə yox!

- Kürdlərə qarşı zülmə son qoyulsun! Kürd xalqının öz müqəddəratını təyinetmə hüququnu müdafiə edirik!

-Rədd olsun mürtəce millətçilik və ksenofobiya! Yaşasın işçi sinfi beynəlmiləlçiliyi!

- İstismarın və müharibənin olmadığı, insanla təbiətin harmoniyasının mövcud olduğu cəmiyyət üçün, işçi hakimiyyəti və sosializm üçün dünya zəhmətkeşləri birləşin!

 

New Left Current for the Communist Liberation (NAR, Yunanıstan)

Socialist Labourers’ Party (SEP, Türkiyə)

Tendencia Internacionalista Revolucionaria (TIR, İtaliya)

SI Cobas (İtaliya)

Partido Obrero (PO, Argentina)

Polo Obrero (PO, Argentina)

OKDE Spartakos (Yunanıstan)

Fuerza 18 de Octubre (Çili)

Tribuna Classista (Braziliya)

United Front Committee for a Labor Party (UFCLP, ABŞ)

İnqilabin Sesi (Azərbaycan)

Occhio de Clase (İtaliya)

La Fragua (Uruqvay)

Red Action/Red Initiative (Xorvatıstan/Serbiya)