Faşizmə Müharibə, Xalqlara Azadlıq!
Babək
78 il əvvəl bu gün Hitlerin dünyanın zəbt etmək planları qurduğu Berlində Reyxstaqın üzərində zəhmətkeşlərin qırmızı bayrağı dalğalandı; Hitler intihar elədi; “İkinci Cahan Müharibəsi” dünyanı daha yaxşı yerə çevirmək istəyənlərin qələbəsi ilə sona çatdı. Gənc inqilabçı zəhmətkeşlər tarixinə ikinci müvəffəq qələbə yazıldı, “Böyük Oktyabr Sosialist İnqilabından” sonra “İkinci Cahan Müharibəsi” də Karl Marksın proletariat adlandırdığı sosial sinfin gücünün nümayişi oldu. Lev Davidoviç Trotskinin əsasını qoyduğu zəhmətkeşlərin Qızıl Ordusu faşizmə qarşı bütün qərbin xilaskarına çevrildi.
Faşizm üzərində qələbə asan əldə olunmayıb. İttifaq ölkələrinin hamsı bu qələbədə eyni qədər paya sahibdir. İstər ön cəbhə sayılan Minsk istər arxa cəbhə sayılan Bakı. Sovet Sosialist Respublikalar İttifaqı əsgərindən tutmuş, mülki şəxsinədək faşist ordusu və faşist ideologiyana qarşı vuruşurdu. Azərbaycan Sovet Sosialist Respublikası da "Böyük Vətən Müharibəsində" digər İttifaq ölkələri kimi qələbəyə öz töhvəsini vermişdir.
Müharibənin başlamasından keçən qısa müddət ərzində Azərbaycan Sovet Sosialist Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox vətəndaşı cəbhəyə getmişdir. İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq 1941-ci ilin 18 oktyabr tarixli əmrə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər. Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Bundan başqa partizan herakatinda da cox saylı azərbaycanlilar fəal iştirak etmiş qələbəyə öz töhvələrini vermişdir. Mehdi Hüseynzadə, Əhmədiyye Cəbrayılov, Mirdamet Seyidov və s.
Xatırlatmaq lazımdır ki, 9 may nə qədər rəsmi Sovet və Stalin ilə bərabərləşdirilsə də, faşizmə qarşı mübarizə Stalinə və Stalinist bürokratiyaya rəğmən qələbə çalmışdır. Bütün xalqlardan inqilabçılar, partizanlar və sosialistlərin bərabər apardığı savaş faşizmə öz xəncərini vurmuşdur.
İlham Əliyevin “faşizmə qarşı qələbə” diskursunu istifadə edərək paylaşdığı 9 may ilə əlaqəli post isə həm gülməli, həm də acınacıqlıdır. Gülməlidir, çünki faşizmə qarşı mübarizənin öncüləri olan partizanların və inqilabçıların uğrunda öldüyü dünyada diktator və istismarçı kimi tanınır. Acınacıqlıdır, çünki antifaşizm qavramının içi boşaldılaraq hər kəsin istifadə etdiyi bir diskursa alət olub.
Artıq dağılmış Sovet Sosialist Respublikalar İttifaqının bir parçası olmuş Ukrayna, Litva, Gürcüstan və s kimi ölkələrdə kommunizmə qarşı dövlət səviyyəsində qaralama və tarixdən silinmə fəaliyyəti yürüdülür. Ötən il bir neçə post-sovet ölkəsi artıq “Böyük Vətən Müharibəsi” abidələrini sökməyə başladı.
Görünür, qaralama kompaniyası mütəşəkkil xarakter alıb. Əvvəlcə, 9 May Faşizm Üzərində qələbə gününü qeyd etməkdən imtina edən burja hökümətləri artıq nişangaha “Böyük Vətən Müharibəsinin” abidələrini qoyub. Kədərin və zəfərin ən unikal vəhdəti olan bu tarixi abidələr bir-bir yer üzündən silinir.
“Böyük Vətən Müharibəsinin” abidələrinə qarşı vandallıq sözün bütün mənalarında xeyirə, qardaşlığa, sülhə və faşizm əleyhinə olan bütün qüvvələr qarşı işlənmiş cinayətdir. Bu cinayət bütün dünyanın gözü qarşısında işlənir.
“Böyük Vətən Müharibəsində” Qırmızı Ordu tərəfində faşisizm üzərində milyonlar itki hesabına əldə olunan qələbə hər bir Qızıl Ordu əsgərinin ölkəsində daim xatırlanacaq!