Rədd Olsun İmperialist Müharibə! Rədd Olsun İmperialist Vəhşət!

Rədd Olsun İmperialist Müharibə! Rədd Olsun İmperialist Vəhşət!

 

 

“Partido Obrero” (“İşçi Partiyası” - Argentina) və SEP-in (“Sosialist Zəhmətkeşlər Partiyası” - Türkiyə) bəyanatı

 

Bütün dünyanın işçiləri birləşin!

Rədd olsun imperialist müharibə! Rədd olsun imperialist vəhşət!

İşçi sinfinin haqlarına qarşı hücumlara son!

Kapitalist böhranın hesabı sahibkarlara!

İşçi iqtidarı və sosializm üçün iləri!

İşçilərin inqilabçı partiyalarının və inqilabçı internasionalın inşası üçün mübarizəyə!

 

Ukraynadakı müharibənin başlamağının üzərindən bir ildən çox vaxt keçdi və dünya işçi sinfi nöqteyi-nəzərindən bunun NATO ilə Rusiya arasında imperialist xarakterli müharibə olduğu hər gün daha yaxşı başa düşülür. Hesabı sadəcə Ukraynada deyil, Rusiyada da, istismar edilənlərin canları, qanları ilə ödənilən və nəticələri bütün dünya xalqları tərəfindən hiss edilən bir qətliama şahid oluruq.

 

ABŞ imperializminin başçılıq etdiyi NATO özünü avtokratik və avtoritar tiranlara qarşı millətlərin müstəqilliyinin və demokratiyanın haqlı tələblərinin dəstəkçisi olaraq təqdim etməyə çalışır. Dünya xalqlarını istismar edənlər, qətliam törədənlər (Əfqanıstan, Suriya, İraq, Livan və s.), işğal ilə zülm edənlər, qanlı diktatorlar və mürtəce kapital tərəfdarları necə demokratiyanın və xalqların öz müqəddəratını təyin etmə haqqının ürəkdən dəstəkçisi ola bilərlər?

 

Davam etməkdə olan müharibə əsl milli qurtuluş müharibəsi olmadığı kimi demokratiya və insan haqlarının dəstəklənməsi ilə əlaqəli də deyildir. Ukrayna xalqı Rusiyanı zəiflətmək üçün dünya imperializmi tərəfindən fiqur olaraq istifadə edilir. NATO-nun bu hücumu etmək üçün Avropanın şərqində genişləməsi uzun illər boyunca hazırlanmış bir plandır. Rusiya və daha sonra da Çini diz çökdürmək, köhnə ekspropriasiya edilmiş iqtisadiyyatların müstəmləkələşdirilməsini həyata keçirmək kimi strateji bir hədəfə malikdir.

 

Putin də anti-faşist bir qəhraman sayıla bilməz.  Ukraynanı işğal etməsi Sovet İttifaqının kapitalist restavrasiyası ilə yaradılmış burjua oliqarxiyasının etibarını və hakimiyyətini genişlətmə məqsədi daşıyırdı. Kreml və Rusiya ordusu nə xilaskar bir gücü, nə də xalqların imperializmə qarşı mübarizəsini təmsil etmir. Rusiyanın xarici siyasəti daxili siyasətinin davamıdır: artan bərabərsizlik və sosial ixtilaflarda artım, zülmkar bir zümrənin güclənməsi, Rusiya millətinin və Rusiyanın hegemoniyasındakı bütün millətlərin əzilməsinə dayanan bir rejimdən bəhs edirik.

 

Dünya proletariatı hər iki fraksiyanı da dəstəkləyə bilməz. Xüsusilə yayılaraq bir dünya müharibəsinə və nüvə müharibəsinə çevrilmə təhdidi yarandığında müharibəni dayandırmaq məcburi bir hala gəlir. Bu sadəcə əvvəlki münaqişələrin təkrarı deyil, eyni zamanda kapitalist sistemin mərkəzi olan Avropada inkişaf edən, beynəlxalq arenanın əsas oyunçuları arasındakı bir münaqişədir. Biz vasitəçilik müharibəsinə deyil, NATO-nun birbaşa müdaxiləsinə şahid oluruq. Zelenski imperializmin başçılıq etdiyi hərbi ittifaqın sadəcə bir qoludur.

 

Ukraynalı və rusiyalı işçiləri müharibəni sonlandırmağa, öz hökümətlərini yıxmağa, xalqlar və əsgərlər arasındakı qardaşlığı mümkün olan hər şəkildə yüksəltməyə çağırırıq.

 

İnqilabçı sol bütün dünyada “müharibəyə qarşı müharibə!” sloqanını ortaya atmalıdır. İmperialist hücumlara dəstək vermək olmaz! Kapitalist korporasiyaların mənfəətləri üçün müharibə şəraitindəki xalqların və bütünlükdə insanlığın həyat şəraitlərinə mənfi təsir edən bütün boykotlara və iqtisadi sanksiyalara dərhal son verilməlidir! Bütün inqilabçılar öz ölkələrindəki hakim sinfə qarşı hərəkətə keçməlidirlər. Silah və əsgərlərin münaqişə ocaqlarına daşınılmasına aktiv olaraq qarşı çıxılmalıdır. Müharibə büdcələrinə, hərbi sənayenin yüksəlməsinə, burjua və imperialist hökümətlərin yenidən silahlandırılmasına qarşı çıxılmalıdır! Üzərindən bir il keçdikdən sonra pasifizmin keçilməz sərhədlərinin olduğu açıq şəkildə görülür.

 

Münaqişənin həllini müharibəni qızışdıranlara buraxmaq bir həll yolu ola bilməz. Bu sadəcə çıxılmaz vəziyyət deyil, eyni zamanda siyasi cinayətdir. Hər iki tərəfin də müharibəni qızışdırmaqda qərarlı olduğu tamamilə aydın ikən bu vəziyyət düşmənliklərin şiddətlənməsi, yayılması və bu səbəbdən daha böyük qan gölü ilə nəticələnəcəkdir. Müharibəni dəstəkləyən və onun lazımlı nəticəyə qədər davam etməsində maraqlı olan tərəflər arasındakı sülhün yerini yeni və daha şiddətli münaqişələrə buraxacaq daha təhlükəli bir razılaşmanın olacağına dair xəbərdarlıq edirik: 2014 və 2015-ci illərdə qeyd edilən və mövcud münaqişəni dayandırmaqda aciz Minsk razılaşması hər kəsə dərs olmalıdır.

 

Dünya müharibəsi meyllərinin üsyana və sosialist inqilaba çevrilməsi lazımdır. Müharibə kabusuna son vermək üçün müharibə dəstəkçisi hökümətlər süqut etdirilməlidir.

 

Müharibə yeni iflaslara səbəb olan və 2008-ci il böhranını davam etdirən kapitalist böhrandan ayrılıqda ələ alınmamalıdır. Hər burjuaziyanın mərkəzi bankları böhranda və ya iflas etməkdə olan kapitalı geniş miqdarda pul inyeksiya edərək xilas etdi, amma dünya iqtisadiyyatında hökm edən qansızlıq vəziyyətinin öhdəsindən gələ bilmədi. 2008-ci il maliyyə böhranından 15 il sonra yalnız banklar üçün yox, şirkətlər və dövlətlər üçün də defolt kabusunun qorxunc üzünü göstərdiyi bir durğunluq və inflyasiya partlayışı ssenarisinə şahidlik edirik. Bu daha dərin, sistemin böhranıdır. Bu böhran zəhmətkeş kütlələr üçün daha çox əzab gətirəcək: daha yüksək inflyasiya, artan işsizlik və istismar, iş saatlarının artması, əməyin elastikləşdirilməsi (əmək şərtlərinin sahibkarlar tərəfindən özlərinə uyğunlaşdırılması) və s.

 

Kapitalizm zəhmətkeş kütlələri daha da çox istismar edərək, işçi sinfinin tarixi zəfərlərinin ləğvini həyata keçirərək, öz iqtisadi hakimiyyət rejiminin böhranından qurtularaq həyatda qalmaq istəyir. Bu hal kapitalizmin metropoliyası və yarı-müstəmləkə ölkələrdə yüksələn mübarizə və işçi aksiyaları ilə nəticələndi. Bütün dünyada kapitalistlərin və onların hökümətlərinin pensiya hüququna qarşı hücumları gündəmə gəlir. Məqsəd pensiyanı işçilərin istismar edilməsinin qarşılığı olaraq təxirə salınmış bir maaş halına gətirilməsini və pensiya maaşını geniş mənada kapitalistlər üçün vergi olmasını dəyişdirib bir növ subvensiya və ya yoxsulluq üçün sosial yardım halına gətirməkdir. Fransada işçilər sinif mübarizəsi, tətillər və kütləvi mitinqlərdə birbaşa aksiya metodlarını yenidən mənimsədilər. Amma zəhmətkeşlər zəfər qazanmaq üçün Makronu devirmək və bir işçi höküməti uğrunda ümumi tətilə doğru irəliləməlidirlər. Fransız həmkarlar ittifaqları bürokratiyasının Fransa işçi sinfinin və istismar edilən xalqların inqilabçı mübarizəsini ləngitməyinin məqsədi sinifləri həmrək hala gətrmək, bir parlament razılaşması ilə burjuaziyanın varlığını qorumaqdan başqa bir şey deyil.

 

İşçi sinfi və kütləvi hərəkat sadəcə fransız zəhmətkeşləri ilə məhdud deyil: Birləşmiş Krallıq və Almaniyadakı dinamik tətillər, ABŞ-dakı həmkərlar ittifaqı təşkilatlanmasının oyanış, Latın Amerikası, Asiya və Afrikada davam edən üsyanlar əhəmiyyətli rollara malikdir.

 

Zəhmətkeşlərin tələblərini zəfərə çatdırmaq və işçi sinfinin iqtidarı ələ keçirmə ehtimalını gündəmə gətirəcək inqilabi proses üçün həmkərlar ittifaqı və digər kütləvi təşkilatları yenidən canlandırmaq lazımdır. Burjua dövlətlərinin mənfəətləri üçün əlindən gələni edən həmkərlar ittifaqı bürokratiyasını hər yerdə ortadan qaldırmaq məcburidir. İşçi sinfinin və təşkilatlarının burjua dövlətdən, sahibkarlardan və onların siyasi partiyalarından tam şəkildə siyasi və təşkilati müstəqilliyi olmazsa olmaz. Əlavə olaraq, ortaya çıxan mübarizələrin kapitalist rejimə qarşı daha geniş mübarizələrə çevrilməsi üçün çalışmaq son dərəcə önəmlidir.

 

Bu məqsədlə burjuaziyadan tam olaraq müstəqil olan, müharibənin və istismarın aparıcısı rolunda çıxış edən burjua dövlətlərini yıxmaq üçün hər ölkədə işçi-zəhmətkeş hökümətləri strategiyasını mərkəzi olaraq ələ alan sosialist və inqilabçı sinif partiyaları inşa etmək lazımdır. Bu strategiya ancaq inqilabçı bilavasitə akt metodlarıyla uğur qazana bilər. Vəzifəmiz demokratik mərkəziyyətçilik əsaslı mübariz partiyalar inşa etmək, sinif mübarizəsini inkişaf etdirərək sonuna qədər aparmaq, kapitalist istismarçı sinfi tamamilə ortadan qaldırmaqdır.

 

Yalnız proqnoz və analizlər ilə inqilab edəcəyini düşünən təşkilatların ancaq söz-söhbətlə məşğul olma xarakterindən uzaq durulması lazım olduğu qədər, kimlikçi və ya keyfiyyəti qeyri-müəyyən olan təşkilatlanma şəkilləriylə sinifçiliyin əridilməsindən də uzaq durmaq lazımdır.

 

Kapitalist fəlakət polad kimi möhkəm işçi sinfi və sosialist inqilabçı mübarizlik ilə qarşılaşmalıdır. Bu yanaşma, özü özlüyündə, siniflər arasındakı sərhədlərin müəyyən olmadığı, sinfi həmrəyliyin və demokratik parlamenterizmlə limitli meyllərin hökm sürdüyü “kütlə partiyası” modeli və hərəkatçılığı kənarlaşdırır. Bu cür solçuluğun rolu tamamilə status-kvoya ayaq uydurmaq, seçkilərə qatılmaq, parlamentar rejim və burjua demokratiyası içində ilərləyərək bir təzyiq qrupu olaraq hərəkət etməkdir.

 

İnqilabçı sosialistlər burjua və xırda burjua partiyalardan tamamilə aralanmaq üçün seçkilər də daxil olmaqla bütün sahələrdə mübarizə edirlər. Buna inkişaf etməkdə olan ölkələrdəki burjua millətçisi liderliklər və hökümətlər də daxildir. Bu partiyalar istismar edilən xalqın bütün kütlələrini təmsil edirmiş kimi görünsə belə, əslində istismarçı milli burjaziyanı dəstəkləyirlər. Ən sonda isə zəhmətkeş təbəqələrin inqilabçı hərəkatı qarşısında təslim bayrağını açaraq imperializmlə ortaq olurlar.

 

İmperializm demokratiyanın öncülü kimi görünərək mürtəce, istismarçı və müharibə dəstəkçisi müdaxiləsini genişlədir. Kapitalist zülmkar dövlət belədir: böyük kapitalın hökmranlıq planlarını davam etdirərkən mərhəmətsiz xarakterini içi boş şüarlarla gizlətməyə çalışır. Hakim siniflərə güzəştə getmək istəyən opportunist partiyaların, burjua millətçiliyinin və xalq cəbhələrinin həmrəkləşdirilməsini geridə qoymalıyıq. Xalq cəbhələri kütlələrin müstəqil aksiyalarını limitləndirmək və mübarizələrini boğmaq missiyası ilə hərəkət etməkdədir. Son dövrlərdə getdikcə inkişaf edən sağ və faşist burjua demokratiyasının çürümüşlüyünün nəticəsidir. Sağçı və faşist qüvvələrin qarşısına çıxaraq onları məğlub etmək, nə özlərinə demokrat deyən milli burjuaziyanın dəstəyindən, nə də onunla qurulan ittifaqdan gələcək. Əksinə, xalqı qənaətçillik modelinə və acizliyə məcbur edən Beynəlxalq Valyuta Fondu metodları ilə harmoniyaları faşist sağın inkişaf etməsinə icazə verərək meydanı onlara buraxdı və iqtidara gəlmələrini asanlaşdırdı. Sağın qarşısının alınması ancaq istismar edilən bütün qrupları özündə birləşdirəcək işçi aksiyaları ilə mümkün ola bilər.

 

Kapitala qarşı mübarizəni böyütmək üçün birləşmiş cəbhə metodlarını inkişaf elətdirməliyik. Kütlələrin internasionalist aksiyaları yeni bir üfüq yaratmaq üçün əhəmiyyətlidir. Fransız neft monopoliyasını  təmsil edən “Total”ın belçikalı işçiləri fransız neft işçilərinin tətilinə qarşı təxribatın qarşısını aldı: Belçikadakı neft emal zavodundan Fransaya neft ixrac etməyi qəbul etmədilər. Təxminən yüz altmış il əvvəl, 1864-cü ildə ingilis proletar tətili ərzində qitənin digər hissələrindən ştreykbrexer (tətil təxribatçısı) tapma ehtimalına qarşı Birinci İnternasionalın qurduğu inqilabçı beynəlmiləlçi ənənələr gün üzünə çıxır. Hal-hazırda imperialist müharibəyə və kapitalist böhranı dünyanın işçilərinin və istismar edilən xalqların çiyninə yükləyən dağıntıya qarşı beynəlxalq təşkilatlanma və səfərbərlik üçün hər təşəbbüsü həmişəkindən daha çox dəstəkləmək lazımdır. İnqilabçı sosialist internasionalın yenidən qurulmasını dəstəkləyirik. Yeni internasional ancaq tarixi təcrübələrin işığında yenidən qurulacaq IV İnternasionalın davamı ola bilər.

 

Bu sənədi imzalayan “Sosialist Zəhmətkeşlər Partiyası” (Türkiyə) və “Partido Obrero” (Argentina) dünyadakı sol partiyaları, sosialistləri və inqilabçı mübarizləri bu mətninin müzakirəsini həyata keçirməyə dəvət edir.