[Tərcümə] İmperializm Nədir? Çin və Rusiya İmperialistdirmi? – Güneş Gümüş
Ukraynadakı müharibə hərkəsin gözləntilərini üstələyərək elə şəkilləndi ki, indilərdə bütün dünya müharibənin alovunu hiss edir. İmperialist ifratlar çağına geri dönürük? Putin Ukraynanı işğal etməyə cəhd edərkən, Qərbli imperialistlər bunun əvəzini Rusiyaya ödətmək üçün oynaya biləcəkləri bir çox kartı eyni anda masaya qoyurlar. Rusiya bir tərəfdən Ukrayna daxilindəki ilərləyişini sürətləndirmək üçün zamana qarşı savaşarkən digər yandan NATOya nüvə kartını xatırladır. Liberal demokratiya tələsinə düşmüş bəziləri “2022 ilindəyik, heç olacaq işdir!?” deyirlər. Ancaq, imperializmin müharibə yönümlü təbiəti özünü dünyanı vəlvələyə salan 2008 böhranından sonra təkrar-təkrar göstərməyə davam edəcək.
Qlobal böhran vəziyyətində, yəni gəlir və mənfəət aslanın ağzında olduqca dünya daha da nizamsız bir yerdir. Bazar üçün böyük iqtisadi mənfəətlər əldə edən dünya imperializminin üst iyerarxiyasında qalmaq üçün, texnoloji inkişaflar üçün qənimətə çevrilən enerji qaynaqları üçün və s. rəqabət qızışacaq, bəzən isə müharibələrə uzanan gərginliklər daha sıx yaşanacaq və daha təhlükəli formalara bürünəcək.
Qlobal gərginliklərin mərkəzində bugün əsasən, ABŞ-la birlikdə Rusiya və Çin var. ABŞ, Bayden dövründə strateji öncəliyini təkrardan Sakit Okean bölgəsi olaraq elan etdi. Çinin iqtisadi, elmi və hərbi sıçrayışları ABŞ-ın dünyanın tək super gücü olma pozisiyasının sürətlə əlindən çıxıb getməsinə səbəb olur. Digər tərəfdən isə son 25 ildə hərbi və iqtisadi cəhətdən özünə gəlməyə çalışan Rusiya, ABŞ-ın güclərini Asiya-Sakit Okean regionuna çəkməsindən istifadə edərək sadəcə Postsovet coğrafiyasına deyil, Orta Şərqə də güclü bir şəkildə geri dönür.
Dünya imperializm iyerarxiyasında köklü dəyişikliklər olarkən Türkiyədə və dünyada Çin və Rusiyanın “qeyri-imperialist”, “yarı müstəmləkə”, “çevrə” ölkələr olduğunu deyən ağlasığmaz imperializm analizləri edilir. Son müharibədə və gələcək gərginliklərdə inqilabçı mövqedə ola bilmək üçün imperializmi düzgün anlamaq və Çin ilə Rusiyanın imperialist olub olmadığına dair suala düzgün cavablar vermək məcburiyyətindəyik.
İmperializmi tərif etmək
İmperializm sadəcə qlobal bir hökmranlıq sistemi olaraq başa düşülür. Doğrudur, tarix boyu böyük qüvvələr/dövlətlər/imperatorluqlar kiçiklərinə hökm edib. Ancaq, imperializmi tarixin müəyyən bir mərhələsində ortaya çıxaran və onu fərqli edən bəzi özəllikləri var.
İmperializm məfhumuna bugünki məzmununu qazandıran Lenin, Buxarin kimi inqilabçı nəzəriyyəçilər; imperializmi o ya da bu dövlətin xarici siyasəti, sərmayə sinifinin fraksiyalarından birinin (maliyyə kapitalının) siyasəti, fəth etmə siyasəti ya da müstəmləçilik ilə bərabər tutmadı. İmperializmin kapitalizmlə əlaqəsini quran Leninə görə imperializm, kapitalizmin gəlmiş olduğu ən üst mərhələni, kapitalizmin inhisarlarların hakimiyyətində qlobal bir sistemə çevrilməsini ifadə edirdi. Bu mərhələ kapitalın intensivləşməsi və təmərküzləşməsinin tamamlandığını, kapitalizmin Avropanın bir regionunda hökm sürən sistem olmaqdan çıxıb bir dünya sistemi halına gəldiyinə də işarət edirdi.
İmperializm, kapitalist istehsal üsulunun yaratdığı ziddiyətli bir inkişaf prossesinə dayanmaqdadır. Bir yandan kapital milli bir zəminə dayanır; milli dövlət sinif içi və siniflər arası rəqabətdə kapitalın ümumi mənafelərinin qoruyucusudur. Digər yandan isə kapitalların uğrunda rəqabət etdiyi bazar qlobal bir xarakterə sahibdir.
İmperializm öz kapitalının ən ümumi maraqlarını qorumaq üçün hərəkət edən milli dövlətlərin beynəlxalq iqtisadi və geosiyasi rəqabət sistemini ifadə edir. Buradakı geosiyasi rəqabət də kapitalist istehsal üsulunun ruhuna tabedir: torpaq və nüfuz üçün rəqabətin arxasında enerji qaynaqları üzərindəki hakimiyyəti və regional-qlobal hegemoniyanın gətirdiyi iqtisadi avantajları əldə etmə məqsədi var. İmperialist rəqabət iqtisadi olduğu qədər hərbi və siyasi bir formada şəkillənərək sonunda müharibələrə qədər uzanır.
İmperializm məsələsi ələ alındığında “qeyri-bərabər və müştərək inkişaf” qanunun burada da işlədiyini vurğulamaq lazımdır. Ölkələr hərbi, iqtisadi və siyasi olaraq qeyri-bərabər şəkildə inkişaf etmişdir. Bu bərabərsizliklər sadəcə ən inkişaf etmişlər ilə geridə qalanlar arasında deyil, imperializmin “rəisləri” arasında da mövcuddur. Lenin imperializmi iyerarxik dünya sistemi kimi qavrayaraq dövrünün Böyük Güclərinin belə öz içində ekvivalentlərin olmadığını düşünərək onları iyerarxik bir sıraya qoymuşdur:
- Üç rəis (tamamən müstəqil): Böyük Britaniya, Almaniya, ABŞ;
- İkincilər: Fransa, Rusiya, Yaponiya;
- İtaliya, Avstriya-Macarıstan” (“İmperializm Üzərinə Dəftərlər).
Müştərək inkişaf məsələsi isə dünya miqyasında əldə edilən texnik inkişafın geridən gələnlər tərəfindən birbaşa alınaraq sıçramaq üçün bir alətə dönüşməyi- baxın: ABD və Yaponiya- ya da imperialist iyerarxiyada bir gücün iləriləməsinin/geriləməsinin sadəcə öz dinamikalarıyla birlikdə deyil, digər qlobal qüvvələrin vəziyyətinə də bağlı olması kimi misal göstərilə bilər.
Çin və Rusiya İmperalistdir?
Bugün ən diqqət çəkən suallar bunlardır: Çin və Rusiyanı imperialist iyerarxiyada necə mövqeləndirmək lazımdır? Ya da Rusiya və Çinin mövqesini təyin edərkən hansı kriteriyalar referans alınmalıdır?
İmperializm analizi söz məsələsi olduğu zaman ən çox referans alınan nəzəriyyə təbii olaraq Leninin imperializm nəzəriyyəsi olur ,amma Leninin nəzəriyyəsini bərbad hala salınır. Sanki, Leninin İmperializm kitabı müqəddəs kitabdır və içində dəyişməsi ağlasığmaz olan dualar yazılıb. Qarşımıza keçərək mırıldanmağa başlayırlar: “Kapital ixracı haradadır bəs?”
Marksizm adına düsturlar arxasınca qaçan mexanik düşüncəli “nəzəriyyəcikçilərə” heç ehtiyacımız yoxdur. Marksizmin dünyanı qavrayarkən istifadə etdiyi dialektik metod, bir faktı incələdiyi zaman, onu ortaya çıxdığı şərtlərlə birlikdə və inkişafını nəzərə alaraq ələ alır. Faktları içində şəkilləndiyi bütündən, onu yaradan əlaqələrdən və ziddiyətlərdən qopararaq dondurmaq dialektik metodun rəddi olacaqdır. Leninin imperializm nəzəriyyəsinə də bu gözlə baxmaq; imperializmi yaradan əlaqələri və bugünkü formasını ələ almaq lazımdır. Yoxsa zamanında Leninin imperializmin Marksist analizini edərkən inkişaf etdirdiyi maddələri, nəzəriyyənin ruhunu bir kənara ataraq bir inanca çevirmiş olarsınız. Bir qüvvənin imperialist olub-olmadığını anlamaq üçün “kapital ixracı” faktına sığındığınız zaman, Leninin ən çox mücadələ etdiyi iqtisadçıların hal-hazırdakı versiyasına çevrilərsiniz. Halbuki, Lenin və Bolşeviklərin imperialist olaraq tərif etdiyi Çarlıq Rusiyasının 1881-1914 illəri arasında xalis kapital ixracı yox idi. Rusiyanın Qərbli imperialist ölkələrdən aldığı xarici investisiya Rusiyanın xarici ölkələrə etdiyi investisiyalarından olduqca çox idi. Rusiya xarici ölkələrə diqqətə layiq miqdarda investisiya edəcək kafilikdə deyildi və imperialist rəqiblərinə görə çox geridə qalmışdı. Yenə, Leninin imperialist olaraq tərif etdiyi İtaliya, Avstriya-Macarıstan və Yaponiyanın ya kapital ixracı limitli idi ya da xalis sərmayə ixracı heç yox idi. Amma Lenin imperializmi kapital ixracı həcminə reduksiya etmədiyi üçün bu ölkələri imperialist olaraq tanımaqda maneə görməmişdi. Leninə görə imperializm əslən inhisarçı kapitalizm dövrünün başlaması, bu yeniliyin nəticəsində də müharibələri bərabərində gətirən iqtisadi və geosiyasi bir rəqabət sisteminin ortaya çıxışı idi.
Bu gün Leninin imperializm anlayışının izindən getmək, ölkələri imperialist iyerarxiyada mövqeləndirərkən tək bir iqtisadi kriteriyaya ilişib qalmadan, qlobal ölkələr iyerarxiyasında iqtisadi, siyasi və hərbi mövqenin cəminə baxaraq bir analiz etməyi tələb edir.
Çinin Mövqeyi
2008 böhranı sonrasında sıçrayışlı bir inkişaf nümayiş etdirən, sənaye istehsalı baxımından ABŞ-ı keçib gedən Çini hələ “yarı-müstəmləkə” və s. olaraq tərif edənləri anlamaq mümkün olmasa da, arqumentlərinə cavablar verək.
Çini “çevrə”, “yarı-müstəmləkə”, ya da “imperialist olmayan” bir ölkə olaraq tərif edənlərin önə çıxan üç arqumenti var. Birincisi Çinin əslən meta ixracı etdiyi; kapital ixracının olmadığı iddiası. Digəri isə Çindəki iqtisadi inkişafdan əslən istehsallarını orada edən çoxmillətli şirkətlərin qazanclı çıxdığı, super qazancların bu çoxmillətli şirkətlərin ana vətənləri olan Qərbə daşındığı arqumenti. Son arqument isə artıq müdafiə edilməsi ağlasığmaz hala gəldiyi üçün tərk edilməyə başlandı. Çinin intensiv istehsal etdiyi, patent-texnologiya kimi sahələrdə Qərb ilə rəqabət edə biləcək gücdə olmadığı iddiası.
Kapital ixracı məsələs ilə başlayaq. Kapital ixracının iki fundamental forması olduğunu deyə bilərik: produktiv kapitalın ixracı və borc kapitalının ixracı.
Çinin meta ixracı mərkəzli bir iqtisadiyyatının olduğunu iddia edənlərə veriləcək ən diqqətə layiq cavab 2050-də bitməsi planlanan “Bir Nəsil, Bir Yol” proyektidir. Bu proyekt çərçivəsində onlarca ölkəyə ediləcək infrastruktur investisiyaları üçün 100 trilyon dollar xərclənəcəyi düşünülür. Çin, 2013-dən bəri davam edən proqram çərçivəsində Afrika və Orta Asiyadakı bir çox ölkə daxil olmaq üzərə təxmini 163 ölkədə yollar, körpülər, limanlar və xəstəxanalar inşa etmək üçün trilyonlarca dollarlıq investisiya etdi. Çin, “ Nəsil və Yol” proyektinin 2013-dəki elanından bu yana 70-dən çox ölkəyə 1590 proyekt miqyasında 1.9 trilyon dollar civarında borc verdi. Borcunu ödəyəməyənlərin infrastruktur təsislərini müsadirə etdi. “Bu limanlar kapital ixracı sayılmaz, Çinin metalarını satmağa xidmət edir” kimi ağlasığmaz rəyləri nəzərə almasaq, hər cür xidmətin pullu hala gəldiyi neoliberalizm dövründə xəstəxana, körpü və digər xidmət sahələri əlbəttə ki, meta istehsalı mərkəzidir. Bu investisiyalar da, birbaşa olaraq xarici investisiya deyə zikr edilən produktiv kapital ixracıdır. Gələk borc kapitalının ixracına. Dünyanın ən böyük 4 bankasının dördünün də Çinə aid olduğunu demək bizim üçün kifayətdir. Çinin 1 trilyon dollardan çox həcmlə Yaponyadan sonra ən çox ABŞ xarici istiqrazına sahib ölkə olduğunu da əlavə edək. Aşağı və orta gəlirli ölkələrə verdiyi kreditlər son 10 ildə 3 qatına çıxaraq 2020-nin sonunda 170 milyar dollara çatdı.