Ordenli

Cavidan Qafqazlı

Ordenli

Ölkədə Həmkarlar ittifaqlarının varlığı niyəsə bəzi yoldaşlarda şübhə doğurur. Bəlkə də fəaliyyətsizliyi bu yoldaşları saf bir heyrətə gətirir. Yoxsa bu yoldaşlar kapitalist sistemdə bu "həmkarlar"ımızın dialoqa cəlb edilə biləcəyini düşünürlər? Yoxsa bu yolla işçilərdən aylıq tutulmaların onların faydası naminə geri həvalə edə biləcəklərini düşünürlər? Elə isə bu riyakarlıq deyilmi? Riyakarlıqldır, həm də sistemin tarixi boyunca ən samballı müşahidə edilən növündən bir riyakarlıqdır. Niyə bu "yoldaş"lar işçilərin davamlı mübarizəsinin təmin edilməsi ilə təşkil ediləcək Həmkarlar ittifaqları üçün mübarizə aparmaqdansa reform eşqi ilə tutaşırlar? Niyə onlar bu "ordenli" "həmkarlar"ı bunun haqqını verə bilməməkdə qınayırlar? Məsələnin mahiyyəti və sualın cavabı tamamilə ortadadır: "Biz sistemləşməyə açığıq."

 

Nə qədər ki işçilərin mübarizəsini konyekturaya uyğun təşkil edəcək inqilabçılar hazırlanmadıqca, nə qədər ki dövlət iqtidarının həyatımıza diktə etdiyi "həmkarlar"a alternativ gerçək işçi Həmkarlar ittifaqları təşkil edilmədikcə vəziyyətin həllinə baxış siz "yoldaş"ların təəccüblü müşahidələrindən uzağa gedə bilməyəcək.

 

İşçilərin öz həyatları üzərində qərar vermə hüquqlarını təmin etmək üçün irəli.

Rədd olsun  bürokratik "Həmkarlar".

Yaşasın azad işçi Həmkarlar ittifaqları.