Devirərək Bayram etməyənə qədər susmaq yoxdur!
Bu gün Bayram Məmmədovun 28 yaşı tamam ola bilərdi
"Əgər vətən Heydər Əliyev fondudursa, Heydər Əliyev adına hava limanıdırsa, Heydər Əliyev adına idman kompleksidirsə, Heydər Əliyev mərkəzidirsə, Heydər Əliyev müzeyidirsə, ucsuz bucaqsız Heydər Əliyev prospektidirsə, azərbaycanın bütün şəhər və rayonlarındakı saysız hesabsız Heydər Əliyev parklarından ibarətdirsə, bəli, mən vətənə xəyanət edirəm və bununla fəxr edirəm. Buradan həm də gənclərə səslənirəm: doğruluq, ədalət və bərabərlik uğrunda mübarizə aparın". - Bayram Məmmədov
Yuxarıdakı sitat 08.12.2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində 21 yaşlı Bayram Məmmədov adlı tələbənin, 10 illik haqsız həbs qərarından bir neçə dəqiqə əvvəl qurma prossesdəki son sözlərindəndir.
Bəs Bayram Məmmədov nədə ittiham olunurdu? Qurma məhkəmə Bayramı CM 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilmiş, onu sifarişlə 10 il müddətinə həbsə məhkum etmişdi. Əslində isə Bayram Məmmədov və dostu Qiyas İbrahimov Heydər Əliyevin heykəlinin postamenitinə "Qul bayramınız mübarək" və "fuck the system" yazdıqlarına görə sisteminə qəzəbinə tuş gəlmişdilər.
Bu gün biz Bayram Məmmədovu dövrünün ən üsyankar, qorxmaz, qəhrəman biri kimi tanıyırıq. Onun üzərini yazdığı postament sistemin ən böyük simvollarından biri idi. Bəli, yoldaş Məmmədovun da dediyi kimi heykəllər sistemlərin ən böyük simvollarıdır. Bayram Məmmədov onlardan birini iki kəlmə yazı ilə aşırtmağı bacarmışdı.
Azərbaycan kimi avtokratik sistemə qarşı belə bir addımı atmağı bacaran Bayram Məmmədov bu gün bizimlə deyil. Qəbul etməsi nə qədər çətin olsa da dövrünün siyasi müstəvidə ən cəsarətli şəxslərindən, ənənənyə çevrilməkdə olan "Gül Bayramı"nın sonunu gətirən iki nəfərdən biri olan Bayram Məmmədov bir il bundan əvvəl müəmmalı şəkildə dünaysını dəyişdi.
Biz Bayram Məmmədovla eyni ideyaları bölüşən, sarsıtdığı sistemə qarşı bu və ya digər vasitələrlə mübarizə aparan gənclər, onu mübarizəmizdə yaşatmaq üçün çalışırıq. Mübarizəmizdə daim Bayramın adı yaşayacaq.
Devirərək Bayram etməyənə qədər susmaq yoxdur!
Yoldaşı yaşatmaq üçün mübarizə aparmaq lazımdır. Fəqət bu mübarizə fərdi faktorlarla kifayət olunmamalıdır. Təşkilatlı mübarizə lazımdır. Bayramın sinifsiz, sərhədsiz və istismarsız dünya arzusu üçün İnqilabın Səsinə qatıl!