Niyə Libknext alman inqilabının Lenini olmadı?
Yoldaş Mütəllimov
“Kapitalın milliyyəti yoxdur, bununla belə o, bəyan etdiyini vətənpərvərlik dərəcəsindən dəfələrlə daha az vətənpərvərdir”.
1871-ci il avqustun 13-də işçi hərəkatının aparıcı üzvlərindən olan Vilhelm Libknextin ailəsində dostu Karl Marksın şərəfinə adlandırılan və əgər Almaniya inqilabı uğurlu olsaydı, həmin inqilabın, böyük ehtimalla ümumilikdə müvəqqəti olsa belə, marksizmin öndərlərindən Lev Trotskinin rasional tənqidlərində puşluğu yetərincə araşdırılan Avropa Birləşmiş Ştatları layihəsi gerçəkləşəcək və onun Lenini ola biləcək Karl Libknext dünyaya gəlib. Maraqlıdır, Vilhelm Libknextin əsasını qoyanlardan biri olduğu Almaniya Sosial-demokratlar Partiyası məhz partiyanın gələcək liderlərinin oğlunun öldürülməsinə qərar verdiyi partiya oldu. Hərçənd Vilhelm bu partiyanın əsasını qoyarkən onu işçi və marksist partiya kimi yaratmışdı. 1890-cı ildə Leyptsiq Universitetinin hüquq və iqtisadiyyat fakültəsinə daxil olan Karl artıq tələbəlik illərindən marksist dərnəyinin üzvü oldu və atasının çıxış etdiyi işçi yığıncaqlarında iştirak etməyə başladı. Təhsilini bitirdikdə ailəsinin Berlinə köçməsindən sonra o, hüquq elmləri namizədi adı alaraq orduya çağırıldı. Xidmətini başa vuran gələcək inqilabçı orduda gördüklərinin təsiri ilə qatı antimilitaristə çevrildi.
1900-cü ildə - yeni, XX əsrin astanasında Karlın həyatında 3 mühüm hadisə baş verdi: o, Sosial-demokratlar Partiyasına daxil oldu. İlk günlərdən qatı inqilab tərəfdarı kimi çıxış edən Karl ətrafına özü kimi düşünənləri toplamağa başladı. O, ideyaları uğrunda ölümədək mübarizə aparmağa hazır olduğunu bildirirdi. Bəşər tarixində əsərləri Allah və Maodan sonra ən çox satılan şəxs – Lenin alman inqilabçısını məhz bu xüsusiyyətinə görə fərqləndirirdi. Karlın həyatında baş verən daha bir hadisə ailə qurması oldu. Ailə qurmasından qısa bir müddət sonra – avqustun 7-də isə Almaniya işçi hətəkatına və şəxsən Karla ağır itki üz verdi – atası Vilhelm Libknext vəfat etdi.
XX əsrin ilk illərində Karl Libknext partiya işi və vəkillik fəaliyyəti ilə məşğul olurdu, ancaq vəkillik fəaliyyətində də işçi sinfinin maraqlarını qorumağa çalışırdı. Məsələn, 1904-cü ildə Könisberqdəki (indiki Kalininqrad) prosesdə 9 alman sosial-demokratının Rusiya İmperiyasına qarşı maraqlarını müdafiə edirdi. Mükəmməl müdafiə sahəsində təqsirləndirilən şəxslərin hər biri azadlığa buraxıldı. Lakin Libknextin fəaliyyəti bununla da yekunlaşmırdı. O, sosial-demokrat gənclərin təşkilatlanması üçün böyük işlər görür və bunu “gələcəyə edilən yatırım” adlandırırdı. Artıq Karlın baxışlarından militarist yanaşmalar da açıq-aşkar sezilməyə başlamışdı.
1907-ci ildə onun “Militarizm və antimilitarizm” kitabı işıq üzü gördü. Müəllif bu kitabda militarizmi marksizm müstəvisindən çıxış etməklə izah etməyə çalışır, sinfi mübarizədə qalibiyyət üçün mübarizəsinin labüd olduğunu vurğulayırdı. Kitabdan dərhal sonra Karlın bir çox əleydarları peyda oldu. Bu əleyhdarlar Sosial-demokratlar Partiyasının tərkibində də var idi. Onların arasında Qustav Noske xüsusi canfəşanlığı ilə seçilirdi. Bu adı yadda saxlayaq... Təbii ki, Libknext bu kitaba görə mühakimə olundu. Onu alman hərbi nazirinə xəyanət təşəbbüsündə təqsirləndirdilər. Nəticədə məhkəmə ona 6 ay həbs cəzası verdi.
Hətta həbsdə olarkən belə Karl Prussiya Landtaqının – regional parlamentin deputatı seçildi. 1912-ci ildə isə o, Reyxstaqın deputatı oldu. Həmin seçkilərdə antihərbi mövqedən çıxış edən Sosial-demokratlar Partiyası 397 mandatdan 110-nu qazandı. I Dünya Müharibəsi yaxınlaşırdı və sosial-demokratlar bunu hiss edirdilər. Məhz Reyxstaqda 1913-cü ilin aprelində Karl Libknext “top kralı” Kruppu ona hərbi sirləri satan hökumət məmurlarını almasında təqsirləndirdi. Karlın iddiasına görə, Krupp bu sirləri kommersiya maraqları yönündən istifadə etməklə yüksək qiymətə öz toplarını hökumətə satırdı. Nəticədə “ədalət məhkəməsi” baş tutsa da, Krupp oraya gəlmədi.
28 iyul 1914-cü ildə I Dünya Müharibəsi başlandı. Avqustun 1-də Almaniya Rusiyaya müharibə elan edərək onun ərazisinə daxil oldu. Avqustun 4-də isə Reyxstaqda hərbi kreditlər mövzusunda səsvermə gedirdi. Libknextin mövqeyinin və partiyanın sol qanadının ziddinə olaraq qanun layihəsini dəstəkləmək qərarı qəbul edildi. Həmin gün Libknext həyatın ilk və son dəfə yalançı partiya intizamına tabe olaraq öz etiqadından üz döndərdi və səsini qanunun lehinə verdi. Elə həmin gün hər kəs anladı ki, artıq marksist və işçi sinfinin maraqlarına xidmət edən partiya qismində Sosial-demokratlar Partiyası mövcudluğunu dayandırdı. Lakin 1903-cü ildən Leninin Rusiyada yaratdığı bolşevik partiyasının analoqu qismində çıxış etmək üçün Almaniyada başqa bir partiya mövcud deyildi. Karl öz səhvini anladı və işçilər arasında geniş antihərbi təbliğata başladı. 2 dekabr 1914-cü ildə isə o, bütün Reyxstaqda tək şəkildə bütün hərbi kreditlərə qarşı çıxış etdi. Bunun nəticəsi olaraq Karlı partiyadan kənarlaşdırdılar. 1915-ci ildə isə qeyri-qanuni şəkildə Libkxneti orduya çağırdılar – Almaniyada deputatlar orduya çağırılmırdı. Lakin o, əlinə silah götürmədi – işçi batalyonda xidmət etməklə səngərlər qazılmasında iştirak etdi və arada vaxt tapdıqca parlament iclaslarında iştirak etmək üçün Berlinə getdi. Təbii olaraq o, orduda da antihərbi mövqeyini gizlətmirdi və xidmət edənləri də buna səsləyirdi, tezliklə bunu nəzərə alan ordu rəhbərliyi onu xəstələnməsi bəhanəsi ilə Berlinə göndərdi.
1916-cı ilin yanvar ayında Karl Libknext və Roza Lüksemburq hələlik Sosial-demokratlar Partiyasının nəznində “Spartak” qrupunu yaratdılar. Bu qrup Rusiyadakı bolşevik partiyasının analoqu olmalı idi, lakin yaradıcıları buna nail ola bilmədilər. Kommunistlər hələ də sosial-demokratlarla ortaq dil tapacaqlarına ümid edirdilər, lakin bunun boş illüziya olduğunu anladıqlarında – 1 may 1916-cı ildə Berlində antihərbi nümayiş təşkil etdilər. Libkxnet burada tutularaq növbəti dəfə dövlətə xəyanətdə təqsirləndirildi. Az sonra Roza Lüksemburq da həbs edildi. Onlar həbsdə olduqları müddətdə Sosial-demokratlar Partiyası bölündü: “Spartak” qrupu Müstəqil Sosial-demokratlar Partiyasına daxil oldu. Laki yeni partiyada da Kautskinin başçılıq etdiyi keçmiş mərkəzçilər başçılıq edirdilər. Almaniya müharibəni məğlub olurdu, xalq içərisində isə inqilabi ruh yetişirdi. Narazı kütləni razı salmaq üçün 1918-ci ilin 23 oktyabrında hökumət Libkxneti azadlığa buraxdı.
Hərçənd bu da xalqı sakitləşdirmədi. Almaniya İmperiyası özünün sonuncü günlərini yaşayırdı. 29 oktyabr 1918-ci ildə liman şəhəri Kiledə alman hərbi donanması matroslarının üsyanı baş verdi. Üsyankarlar yaxşı sülh şərtlərinin irəli sürülməsi üçün ingilislərə qarşı ölümcül hücumlarının həyata keçirilməsinə qarşı idilər. Hökumət Kilə sosial-demokratların liderlərindən olan Qustav Noskeni “işçi partiya”nın nümayəndəsi kimi göndərdi. Orada o, “mərkəzdən olan yoldaş” kimi yerli Şuraya başçılığı ələ keçirərək üsyanı dayandırmaq və qoşunların göndərilməsinə yaradılmasına çalışılan maneələri aradan qaldırmaq üçün hər şey etdi. Nəticədə Kile üsyanı qanda boğuldu... Bu hadisələri 2014-cü ildə Donetskdə baş verənlərlə də müqayisə etmək mümkündür – hərçənd orada xalqı tabe etdirmək cəhdi uğursuzluqla nəticələndi.
Almaniyadakı üsyanlar isə artıq inqilaba çevrildi və onun qarşısını almaq mümkünsüz idi. 9 noyabr 1918-ci ildə Berlində işçilər kütləvi şəkildə şəhərə çıxdı, kayzer Hollandiyaya qaçdı, Almaniya isə respublikaya çevrildi. Lakin necə respublikaya? Libknext və yandaşlarının iddialarına görə sosialist respublikaya. Sosial-demokratların fikrincə, Almaniya artıq demokratik respublika idi. Məhz bu zaman Almaniyada kommunist partiyasının olmaması öz sözünü dedi: yeni hökumət sağ sosial-demokratlar və Müstəqil Sosial-demokratlar Partiyasından olan mərkəzçilərdən təşkil edildi. “Spartak” üzvlərindən yalnız Libknextə hökumətə daxil olmaq təklif edildi. Bu hökumətdə heç nəyi həll etməyəcəyini anlayan Karl təklifdən imtina etdi. “Spartak” qrupu partiyanın tərkibindən çıxdı və “Spartak İttifaqı”na çevrildi. 30 dekabr 1918-ci ildə isə nəhayət bu qrup Almaniya Kommunist partiyasına çevrilə bildi. Lakin hakimiyyətin ələ keçirilməsi anı artıq itirilmişdi.
1919-cu ilin yanvarında sosial-demokratların hökuməti (artıq həmin vaxt Müstəqil Sosial-demokratlar Partiyası onların tərkibindən çıxmışdı) Berlin işçilərini inqilabi çıxışlara provokasiya etməyə müəssər oldu. Kommunistlər anlayırdılar ki, ayağa qalxmaq üçün uyğun an deyil: silah yox idi, ordudan kimsə onlara kömək etməyə hazırlaşmırdı və ən əsası – təşkilatlanma mövcud deyildi, hər şey kortəbii baş verirdi. Lakin onlar həlledici anda işçiləri tək qoya bilməzdilər – bunu onlara heç vaxt bağışlamazdılar...
Nəticədə üsyanlar yatırıldı. Ordu bu məsələdə hökumətin əsas aləti qismində çıxış etdi. Sosial-demokratların baş redaktoru bir vaxtlar Vilhelm Libknext olan “Forverts” qəzeti onun oğlu Karlın başına 100 min marka qoyulması barədə elan çap etmişdi...
15 yanvar 1919-cu ildə Karl Libknext və Roza Lüksemburq saxlanılaraq güllələndilər. Karlı əvvəlcə tüfəngin küt tərəfi ilə baş nahiyəsindən vurdular, ardınca isə güllə ilə kürəyindən vurdular – bununla sanki qaçmağa cəhd edərkən güllə atılması səhnəsini realizə etməyə çalışdılar. Qətllərin təşkilatçısı yazıda adını qeyd etdiyimiz və yadda saxlanılmasını istədiyimiz Qustav Noske idi. Deyilənə görə, o, buna razılaşarkən “Kimsə qaniçən it olmalıdır” fikrini deməkdən çəkinməyib. Tarix onu məhz belə xatırladı: “qaniçən it”... Lakin hökumət istəyinə nail oldu – Karl və Rozanın ölümü ilə Almaniyada sosialist inqilabı ilə bağlı yanan tonqalın son alov dilimləri də söndürüldü.
Karl Libknext Almaniyanın Lenini ola bilmədi. Bəs bunun əsas səbəbləri hansılardır? Birincisi, təşkilatlanmış, nizami, inqilabi partiya olmadan heç bir inqilab baş tuta bilməz. İstənilən kortəbii, təşkilatlanmamış çıxış və ya üsyan hökumət tərəfindən kiçik səylə yatırıla bilər. Ən yaxşı halda çevriliş, ən pis halda qanlı döyüşlər baş verəcək. İkincisi, qısa müddətdə təşkilatlanmış partiyanın yaradılması çətindir, bu, uzun və illərlə zaman alan prosesdir. Üçüncüsü, belə partiyanın yaradılmasında prinsipial məsələlərdə güzəştə getmək olmaz. Əgər belə hallar yaşansa, ayrılmaq və yeni partiya yaratmaq lazımdır. Əks təqdirdə “müttəfiqlər” partiyadaxili üstünlüyü ələ keçirə və əks mövqeni sıradan çıxara bilərlər. Bu gün – Libknextin ölümündən 99 il sonra bu tarix öz aktuallığını itirməyib və ondan dərs çıxarmaq, kapitalistlərin, burjuaziyanın hakimiyyəti itirməmək üçün istənilən keyfiyyət və kəmiyyətdə insan həyatını məhv etməyə hazır olduğunu nəzərdən qaçırmamaq, bu təcrübədən qazanılan nifrəti rasional silaha çevirmək lazımdır...
Linkbextin həqiqətə nail olmağın səhih metodi inqilablar barəsindəki fikri isə bu həqiqətin reallaşması anınadək aktuallığını itirməyəcəyi və onun davamçısı olan bizim üçün mühüm fikir olaraq qalacağı aksiomdur: “inqilablar insan cəmiyyəti və onun strukturunun mahiyyətinin sümüklərə qədər lütləndiyi ən maraqlı mərhələlərdir”. Avqustun 4-də isə Reyxstaqda hərbi kreditlər mövzusunda səsvermə gedirdi. Libknextin mövqeyinin və partiyanın sol qanadının ziddinə olaraq qanun layihəsini dəstəkləmək qərarı qəbul edildi. Həmin gün Libknext həyatın ilk və son dəfə yalançı partiya intizamına tabe olaraq öz etiqadından üz döndərdi və səsini qanunun lehinə verdi. Elə həmin gün hər kəs anladı ki, artıq marksist və işçi sinfinin maraqlarına xidmət edən partiya qismində Sosial-demokratlar Partiyası mövcudluğunu dayandırdı. Lakin 1903-cü ildən Leninin Rusiyada yaratdığı bolşevik partiyasının analoqu qismində çıxış etmək üçün Almaniyada başqa bir partiya mövcud deyildi. Karl öz səhvini anladı və işçilər arasında geniş antihərbi təbliğata başladı. 2 dekabr 1914-cü ildə isə o, bütün Reyxstaqda tək şəkildə bütün hərbi kreditlərə qarşı çıxış etdi. Bunun nəticəsi olaraq Karlı partiyadan kənarlaşdırdılar. 1915-ci ildə isə qeyri-qanuni şəkildə Libkxneti orduya çağırdılar – Almaniyada deputatlar orduya çağırılmırdı. Lakin o, əlinə silah götürmədi – işçi batalyonda xidmət etməklə səngərlər qazılmasında iştirak etdi və arada vaxt tapdıqca parlament iclaslarında iştirak etmək üçün Berlinə getdi. Təbii olaraq o, orduda da antihərbi mövqeyini gizlətmirdi və xidmət edənləri də buna səsləyirdi, tezliklə bunu nəzərə alan ordu rəhbərliyi onu xəstələnməsi bəhanəsi ilə Berlinə göndərdi.
1916-cı ilin yanvar ayında Karl Libkxnet və Roza Lüksemburq hələlik Sosial-demokratlar Partiyasının nəznində “Spartak” qrupunu yaratdılar. Bu qrup Rusiyadakı bolşevik partiyasının analoqu olmalı idi, lakin yaradıcıları buna nail ola bilmədilər. Kommunistlər hələ də sosial-demokratlarla ortaq dil tapacaqlarına ümid edirdilər, lakin bunun boş illüziya olduğunu anladıqlarında – 1 may 1916-cı ildə Berlində antihərbi nümayiş təşkil etdilər. Libkxnet burada tutularaq növbəti dəfə dövlətə xəyanətdə təqsirləndirildi. Az sonra Roza Lüksemburq da həbs edildi. Onlar həbsdə olduqları müddətdə Sosial-demokratlar Partiyası bölündü: “Spartak” qrupu Müstəqil Sosial-demokratlar Partiyasına daxil oldu. Laki yeni partiyada da Kautskinin başçılıq etdiyi keçmiş mərkəzçilər başçılıq edirdilər. Almaniya müharibəni məğlub olurdu, xalq içərisində isə inqilabi ruh yetişirdi. Narazı kütləni razı salmaq üçün 1918-ci ilin 23 oktyabrında hökumət Libkxneti azadlığa buraxdı.
Hərçənd bu da xalqı sakitləşdirmədi. Almaniya İmperiyası özünün sonuncü günlərini yaşayırdı. 29 oktyabr 1918-ci ildə liman şəhəri Kiledə alman hərbi donanması matroslarının üsyanı baş verdi. Üsyankarlar yaxşı sülh şərtlərinin irəli sürülməsi üçün ingilislərə qarşı ölümcül hücumlarının həyata keçirilməsinə qarşı idilər. Hökumət Kilə sosial-demokratların liderlərindən olan Qustav Noskeni “işçi partiya”nın nümayəndəsi kimi göndərdi. Orada o, “mərkəzdən olan yoldaş” kimi yerli Şuraya başçılığı ələ keçirərək üsyanı dayandırmaq və qoşunların göndərilməsinə yaradılmasına çalışılan maneələri aradan qaldırmaq üçün hər şey etdi. Nəticədə Kile üsyanı qanda boğuldu... Bu hadisələri 2014-cü ildə Donetskdə baş verənlərlə də müqayisə etmək mümkündür – hərçənd orada xalqı tabe etdirmək cəhdi uğursuzluqla nəticələndi.
Almaniyadakı üsyanlar isə artıq inqilaba çevrildi və onun qarşısını almaq mümkünsüz idi. 9 noyabr 1918-ci ildə Berlində işçilər kütləvi şəkildə şəhərə çıxdı, kayzer Hollandiyaya qaçdı, Almaniya isə respublikaya çevrildi. Lakin necə respublikaya? Libknext və yandaşlarının iddialarına görə sosialist respublikaya. Sosial-demokratların fikrincə, Almaniya artıq demokratik respublika idi. Məhz bu zaman Almaniyada kommunist partiyasının olmaması öz sözünü dedi: yeni hökumət sağ sosial-demokratlar və Müstəqil Sosial-demokratlar Partiyasından olan mərkəzçilərdən təşkil edildi. “Spartak” üzvlərindən yalnız Libknextə hökumətə daxil olmaq təklif edildi. Bu hökumətdə heç nəyi həll etməyəcəyini anlayan Karl təklifdən imtina etdi. “Spartak” qrupu partiyanın tərkibindən çıxdı və “Spartak İttifaqı”na çevrildi. 30 dekabr 1918-ci ildə isə nəhayət bu qrup Almaniya Kommunist partiyasına çevrilə bildi. Lakin hakimiyyətin ələ keçirilməsi anı artıq itirilmişdi.
1919-cu ilin yanvarında sosial-demokratların hökuməti (artıq həmin vaxt Müstəqil Sosial-demokratlar Partiyası onların tərkibindən çıxmışdı) Berlin işçilərini inqilabi çıxışlara provokasiya etməyə müəssər oldu. Kommunistlər anlayırdılar ki, ayağa qalxmaq üçün uyğun an deyil: silah yox idi, ordudan kimsə onlara kömək etməyə hazırlaşmırdı və ən əsası – təşkilatlanma mövcud deyildi, hər şey kortəbii baş verirdi. Lakin onlar həlledici anda işçiləri tək qoya bilməzdilər – bunu onlara heç vaxt bağışlamazdılar...
Nəticədə üsyanlar yatırıldı. Ordu bu məsələdə hökumətin əsas aləti qismində çıxış etdi. Sosial-demokratların baş redaktoru bir vaxtlar Vilhelm Libknext olan “Forverts” qəzeti onun oğlu Karlın başına 100 min marka qoyulması barədə elan çap etmişdi...
15 yanvar 1919-cu ildə Karl Libknext və Roza Lüksemburq saxlanılaraq güllələndilər. Karlı əvvəlcə tüfəngin küt tərəfi ilə baş nahiyəsindən vurdular, ardınca isə güllə ilə kürəyindən vurdular – bununla sanki qaçmağa cəhd edərkən güllə atılması səhnəsini realizə etməyə çalışdılar. Qətllərin təşkilatçısı yazıda adını qeyd etdiyimiz və yadda saxlanılmasını istədiyimiz Qustav Noske idi. Deyilənə görə, o, buna razılaşarkən “Kimsə qaniçən it olmalıdır” fikrini deməkdən çəkinməyib. Tarix onu məhz belə xatırladı: “qaniçən it”... Lakin hökumət istəyinə nail oldu – Karl və Rozanın ölümü ilə Almaniyada sosialist inqilabı ilə bağlı yanan tonqalın son alov dilimləri də söndürüldü.
Karl Libknext Almaniyanın Lenini ola bilmədi. Bəs bunun əsas səbəbləri hansılardır: Birincisi, təşkilatlanmış, nizami, inqilabi partiya olmadan heç bir inqilab baş tuta bilməz. İstənilən kortəbii, təşkilatlanmamış çıxış və ya üsyan hökumət tərəfindən kiçik səylə yatırıla bilər. Ən yaxşı halda çevriliş, ən pis halda qanlı döyüşlər baş verəcək. İkincisi, qısa müddətdə təşkilatlanmış partiyanın yaradılması çətindir, bu, uzun və illərlə zaman alan prosesdir. Üçüncüsü, belə partiyanın yaradılmasında prinsipial məsələlərdə güzəştə getmək olmaz. Əgər belə hallar yaşansa, ayrılmaq və yeni partiya yaratmaq lazımdır. Əks təqdirdə “müttəfiqlər” partiyadaxili üstünlüyü ələ keçirə və əks mövqeni sıradan çıxara bilərlər. Bu gün – Libknextin ölümündən 99 il sonra bu tarix öz aktuallığını itirməyib və ondan dərs çıxarmaq, kapitalistlərin, burjuaziyanın hakimiyyəti itirməmək üçün istənilən keyfiyyət və kəmiyyətdə insan həyatını məhv etməyə hazır olduğunu nəzərdən qaçırmamaq, bu təcrübədən qazanılan nifrəti rasional silaha çevirmək lazımdır...
Libknextin həqiqətə nail olmağın səhih metodi inqilablar barəsindəki fikri isə bu həqiqətin reallaşması anınadək aktuallığını itirməyəcəyi və onun davamçısı olan bizim üçün mühüm fikir olaraq qalacağı aksiomdur: “inqilablar insan cəmiyyəti və onun strukturunun mahiyyətinin sümüklərə qədər lütləndiyi ən maraqlı mərhələlərdir”.