Azərbaycan üçün yenidən sinif mübarizəsi vaxtı: İnqilabın Səsi qurulur

Azərbaycan üçün yenidən sinif mübarizəsi vaxtı: İnqilabın Səsi qurulur

İnqilabın Səsi inqilabçı bir təşəkkül olub “Sosialist Azərbaycan” niyyəti daşıyır. İşçi sinifini Marksist perspektiflə maarifləndirmək və işçi sinifinin hal-hazırda başlamış olan təşkilatlanmalarını iləri səviyyəyə daşıyaraq sosialist inqilab etməyi hədəfləyirik.

 

1991-ci ilə qədər SSRİ-nin bir parçası olan Azərbaycanda Stalinizmin əks inqilabçı təzyiqi səbəbi ilə sol müxalifət və sosial hərəkatlanmalar son dərəcə zəif idi. SSRİ-nin dağılmasından sonra, Stalinizmin mirası olan imperialist və şovinist xarakterdəki milliyətçi hərəkatlar özünü göstərməyə başladı. Digər tərəfdən neoliberal dünya sisteminə inteqrasiya siyasətinin bir parçası olan apolitikləşmə, hakim siniflərin mənfəətləri doğrultusunda lazım olduğu vaxtlarda milliyətçiliyə yönləndirildi. İnqilabın Səsi, inqilabçı mayaya sahib olan Azərbaycanda həm hakim sinifin mənfəətlərini güdənlərin iqtidarına, həm sözdə müxalif olan milliyətçi burjuaziya (“Müsavat”) hərəkatlarına, həm də Stalinist sola alternativ bir təşkilat ola bilmək üçün ortaya çıxmışdır.

 

“Dövlət Kapitalizmi”nin hökm sürdüyü SSRİ ölkələrində, SSRİ-nin dağılmasından sonra üst mərtəbələrdə olan bürokratlar işıq sürətiylə zənginləşdilər oliqarx formada yeni dövlətləri idarə etməyə başladılar. Azərbaycanda da, Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olan Heydər Əliyev, SSRİ-nin dağılmasından sonra iqtidara gəldi və sərvətinə sərvət qataraq zənginləşdi. Postsovet ölkələrinin talelərini də eyni oliqarx və diktator rejimlər müəyyən etdi. Bu çürük rejimlər işçi sinifi və əzilənlər üçün kabus oldu. Yoxsulluq, aşağı əmək haqqı, sosial bərabərsizliklər, pis təhsil və səhiyyə sistemi, gələcəksizlik, korrupsiyalar, dövlət təzyiqi, insan haqlarının və fundamental azadlıqların yoxluğu xalqı rejimə qarşı qəzəb və nifrət duymaya yönəldir. 2022 Qazaxıstan protestoları bunun ən böyük göstəricisidir. İqtisadi bərabərsizlik səbəbiylə ayaqlanan işçilərin protestosu Qazaxıstanın dörd bir yanına yayıldı. Təzyiqçki hökümətə və sosial bərabərsizliklərə üsyan imperialist məqsədlərlə qurulmuş olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən amansızcasına yatırıldı. Salam olsun Qazaxıstanda mübarizə aparanlara!

 

Ötən aylarda Azərbaycanda baş verən tətil və boykot dalğası, LGBTİ+ fərdlərinin aksiyaları, haqsızlığa və ədalətsizliyə qarşı mitinqlər, 8 Mart aksiyası oliqarx Əliyev rejiminə qarşı işçilərin və əzilənlərin qəzəbindən xəbər verir. Kuryelərin təşkilatlanması və “Kurye Birliyi” ittifaqının yaradılması Azərbaycanda sinfi ziddiyyətin çılpaq şəkildə hiss olunduğunun göstəricisidir. Məlum oldu ki, Əliyev rejimi millətçiliyi qızışdırsa da, sinfi hərəkatın inkişafına mane ola bilmir. Təəssüf ki, bu hərəkatları inqilabi xarakterə gətirəcək inqilabçı partiyaların olmaması üsyanların dəmir yumruqla yatırılmasına səbəb olur. Qramşinin dediyi kimi, “Burjua yığımını möhkəm saxlayan yeganə qüvvə burjua nizam-intizamıdır. İntizam intizamla qarşılanmalıdır”. İnqilabın səsi nizam-intizamlı və mütəşəkkil kapitalizmə qarşı intizamlı və mütəşəkkil sosialist avanqard olmaq məqsədi ilə yaradılmışdır. Kapitalizmin bütün çirkablarından qurtulmaq üçün bizə çilərin və gənclərin biliyi və cəsarəti lazımdır!

 

Kapitalizm bütün istismar tarixinin kulminasiya nöqtəsi kimi öz məzarını qazanı yaratdı. Kapitalizmin devrilməsi və tarixin zibilliyinə göndərilməsi ancaq işçi sinfinin ayaqlanması və inqilaba rəhbərlik edən bolşevik tipli partiyanın avanqardlığı ilə mümkün ola bilər. Azərbaycanda və bütün dünyada inqilabçı marksistlərin tarixi vəzifəsi bolşevik partiyaları yaratmaqdır. “İnqilabın səsi” bu yolda irəliyə doğru bir addımdır.

 

Kapitalizm təkcə fəhlə sinfini istismar etmir; O, həmçinin öz maraqları üçün müxtəlif etnik, irqi, cinsi, dini kimlikləri və cinsi oriyentasiyaları zyiq altına salır. Biz iqtisasi determinizmə yanaşmadan vurğulayırıq ki, fəhlə sinfinin bütün kimliklərin azad edilməsi deməkdir. Kapitalistlərin iqtidarı davam etdiyi müddət boyunca əzilənlərin azadlığı və insan ləyaqətinə uyğun ictimai həyat heç vaxt mümkün olmayacaq.

 

Demokratik inqilabı artıq burjuaziya edə bilməz. Kapitalizmin hakim istehsal üsulu kimi özünü təşkil etdiyi dünya sistemində burjuaziya inqilabi xarakterini itirərək mürtəce elementə çevrildi. Ona görə də demokratiyanın burjuaziya tərəfindən gətirilməsini gözləmək olmaz. Azərbaycanda oliqarx və imperialist zülmün yaratdığı problemin inqilabi və demokratik yolla həlli proletariatın tarixi missiyasıdır. Biz inqilabın davamlılığını vurğulayan “Permanent İnqilab” nəzəriyyəsini müdafiə edirik. Kökləri Menşevizmdə və sonra da Stalinizmdə olan mərhələlər nəzəriyyəsini, onun tövsiyyə etdiyi demokratik inqilab mərhələsini və demokratik cümhuriyyət tezislərini rədd edirik. Bununla əlaqədar olaraq biz mütərəqqi burjuaziya adlandırılanlarla ittifaqlara və diktaturaya qarşı xalq cəbhələrinə qarşıyıq. İnqilabın səsi, işçi sinfinin burjuaziya ilə birləşəcəyi sözdə demokratiya blokunu deyil, işçi sinfinin istismara qarşı ortaq mübarizə cəbhəsini hədəfləyir Demokratik haqlar uğrunda verilən mübarizə inqilabçılar tərəfindən ən güclü şəkildə aparılmalı və bu mübarizəyə uyğun tələblərlə mütləq şəkildə kapitalist barbarlığa qarşı verilən mübarizə ilə birləşdirilməlidir. Geniş demokratik hüquqlar, fundamental insan hüquqları, qadınların və digər əzilən kimliklərin bərabər vətəndaşlığı, insancasına yaşam və təhlükəsiz gələcək yalnız sosialist hakimiyyətinin bərqərar olması, yəni inqilabın davamlılığı ilə mümkündür. Demokratik mərhələdə inqilabı dayandırmaq əksinqilabdan başqa bir şey deyil, bu proqrama sahib olanlar inqilabçı işçi hərəkatı ayağa qalxanda özlərini əksinqilabın və kapitalist irticasının əsgərləri olaraq tapacaqlar.

 

İnqilabın səsi” Stalinizmin absurd təhrifi olan “tək ölkədə sosializm” ideyasına qarşıdır. Sosializmin milli inkişafa və güclü dövlətə çevrildiyi bu sözdə nəzəriyyə ilə dövlətin quruyub getdiyi sinifsiz, hüdudsuz, azad dünya sistemi olan kommunizm arasında keçilməz dağlar var. Proletar inqilabı təbiətcə internasionaldır. Qalib işçi inqilabının imperialist beynəlxalq blokadasını və hücumlarını yarmasının yeganə yolu inqilabı başqa ölkələrə yaymaqdır. Buna görə də İnqilabın Səsi milli inqilab perspektivinə və millətçiliyin bütün formalarına qarşı mübarizə aparır. Bunun başqa bir mənası beynəlxalq inqilabi təşkilatın yaradılmasının zəruriliyidir. İnqilabın Səsi müxtəlif ölkələrdəki yoldaş təşkilatlar və partiyalar ilə bu beynəlxalq missiyanın bir parçası olacaq.

 

Azərbaycanın 69 ildir üzvü olduğu Sovet Sosialist Respublikaları İttifaqı tarixin şahid olduğu ilk sosialist inqilabının məhsuludur. Təəssüf ki, 1930-cu illərdən Stalinist siyasətin hökm sürdüyü SSRİ həddindən artıq bürokratikləşmə prosesi nəticəsində degenerasiyaya uğradı. Bolşevik partiyasının rəhbərliyi 1917-ci ildə proletariatı hakim sinif kimi təşkil edərək proleteriat diktaturasını qurdu. Proleteriatın hakim sinif olaraq dövlət əsaslı təşkilatlanması, Daxili Müharibə və Stalinin liderliyindəki bürokratikləşmə səbəbindən əksinqilabi bir şəkildə dağıdıldı. Artıq SSRİ işçi sinfinin deyil, bürokratik təbəqənin maraqlarını təmsil etmə nöqtəsinə gəlmişdi. Oktyabr inqilabının mirasını tarixin ən böyük siyasi soyqırımı ilə məhv edən Stalinizm liberal mütəfəkkirlər tərəfindən marksizmlə eyniləşdirilərək insanlara sosializm, hətta kommunizm kimi təqdim edilir. Biz Stalinist SSRİ-ni kommunizm bir yana, hətta işçi dövləti kimi də görmürük və SSRİ-nin sinfi xarakterinin “dövlət kapitalizmi” olduğunu iddia edirik. SSRİ-də işçi sinfi ABŞ-la rəqabət apara biləcək fövqəldövlət olmaq məqsədi ilə millətçi rus bürokratları tərəfindən istismar edilmiş şiddətli dövlət terroruna məruz qalmışdı. İnqilabın səsi olaraq biz 1-ci İnternasionalı, inqilabçı dövründə 2-ci İnternasionalı, 3-cü İnternasionalın ilk 4 konqresini, Trotskinin rəhbərlik etdiyi Sol Müxalifəti və 4-cü İnternasionalı sahiblənirik.

 

İnqilabın səsi” millətçi və şovinist ideyalarla mübarizə aparmağı xüsusi vəzifə kimi görür. Təəssüf ki, stalinizmin körüklədiyi millətçilik fanatizmi 1990-cı illərdən etibarən Qafqazın qan gölünə çevrilməsinə səbəb oldu. Azərbaycan və Ermənistan arasındakı müharibələr bu qarşıdurmanın ən qanlılarından biri olaraq qalmaqda davam edir. Nəticədə Qarabağ davamlı olaraq döyüşlərin baş verdiyi cəhənnəmə çevrilib. İstər Ermənistan, istərsə də Azərbaycan hakimiyyətinin əli minlərlə insanın qanına bulaşmışdır. Əliyev rejimi illər boyu milliyətçi isteriya və Erməni xalqına qarşı təhrik edilən şovinist hisslər ilə xalqı öz nəzarətində tutmağa çalışıb. 2020-ci il Qarabağ müharibəsindən sonra Əliyevin kartları artıq bitmiş vəziyyətdədir. Müharibə və “işğal olunmuş ərazi” olmadığından İlham Əliyevin xalqın qəzəbini, nifrətini yatırmaq üçün istifadə etdiyi millətçi təxribatlar öz gücünü itirib. Amma müharibənin indi davam etməməsi bunun həmişə belə davam edəcəyini göstərmir. Hakim siniflər öz imperialist məqsədləri üçün istədikləri vaxt müharibəyə başlar və bitirirlər. Bu qanlı müharibəyə ancaq hər iki ölkənin işçilərinin beynəlmiləlçi həmrəyliyi ilə son qoymaq olar. Hər iki ölkədə yoxsulluq və korrupsiya tüğyan edir. İnilabın Səsi Ermənistan və Azərbaycan işçi sinfinin qardaşlığını və ortaq mübarizəsini müdafiə edir.

 

İnqilabın səsi qonşu ölkələrdəki işçilərin və gənclərin qarşılıqlı əlaqəsini, mübarizə birliyinin imkanlarını dərk edərək, inqilabi səylərini heç vaxt Azərbaycan sərhədləri daxilində məhdudlaşdırmayacaq. Qafqaz, Türkiyə, Kürdüstan, Rusiya, Orta Asiya və təbii ki, İran İnqilabın Səsinin inqilabi mübarizəyə töhfə verməyə çalışacağı coğrafiyalardır. İranda davam edən inqilabın həyəcanını bu coğrafiyalara yaymaq bizim başlıca vəzifəmizdir.

 

İran qadınları, gəncləri, işçiləri və məzlum xalqları sentyabr ayından bəri kapitalist molla rejiminə qarşı müqavimət göstərirlər. Rejimin hərbi qüvvələri müqavimət göstərənlərə qarşı dövlət terrorundan istifadə edir. Xal boş sözlərlə razı salma imkanı qalmayan molla rejiminin çılpaq dövlət terroruna sığınmaqdan başqa çarəsi qalmayıb. Son bir neçə gündə bir çox sektorlarda işçilər tətilə başlayıblar. İranın cənubunda yerləşən Abadan şəhərində yanacaq tankerlərinin sürücüləri, Hafttəpə şəkər kompleksinin işçiləri, Qadir Neyriz Fars Polad İşçiləri, İran qaz sənayesinin nəhəngi Mahşahr boru istehsalı zavodunun işçiləri, Güney Pars Qaz Kompleksinin rəsmi işçiləri və bir çox iş yerlərində çalışan işçilər ölkə daxilində tətillərə başlayıblar. Biz qəti şəkildə inanırıq ki, kapitalist molla rejimi uzun sürməyəcək və mütəşəkkil işçi sinfinin gücünə qoşulan bütün əzilənlərin mübarizəsi ilə yıxılacaq. Mübarizə aparan İran xalqına salam olsun!

 

İrandakı bütün əzilən xalqlar kimi biz də Azərbaycan xalqının öz müqəddəratını təyinetmə hüququnu müdafiə edirik. İrandakı azərbaycanlılar kapitalist molla rejiminin təzyiqinə məruz qalırlar. Lakin zülmə və istismara məruz qalanlar təkcə azərbaycanlılar deyil. İrandakı kürdlər, ərəblər və digər etnik/dini azlıqlar kimi fars işçilər, gənclər və qadınlar da molla rejiminin təzyiqinə məruz qalırlar. İran azərbaycanlıları zülmdən azad olmaq üçün bütün millətlərin işçiləri ilə birləşməlidirlər. Məhsa Əmininin əxlaq polisi tərəfindən qətlə yetirilməsi nəticəsində Təbrizdə üsyana qalxan azəri əhali “Azərbaycanlılar Oyaqdır, Kürdüstana Dayaqdır” şüarını səsləndirməklə düz yolda olduqlarını nümayiş etdirdilər. İnqilabın Səsi İran Azərbaycanında işçiləri və gəncləri beynəlmiləlçi inqilab məqsədimizə cəlb etməkdə özünə mühüm rol verir. Unutmamalıyıq ki, etnik və dar millətçilik onsuz da cəhənnəmə dönmüş Orta Şərqi daha da cəhənnəmə çevirməkdən başqa bir işə yaramayacaq. Məqsədimiz “Sosialist Orta Şərq Federasiyası”nı təşkil etməkdir. Orta Şərqi oliqarx diktaturalarından, islamçı quldur dəstələrindən və kapitalist molla rejimindən xilas etməyin yolu Orta Şərqə sosialist xarakter verməkdən keçir.

 

Yaşasın İnqilabçı Mübarizə!

 

Yaşasın Dünya İnqilabı!

 

Zəfərə Qədər Permanent İnqilab!