Türkiyə və Suriyada baş verən zəlzələ ilə əlaqədar İnqilabın Səsi Bəyanatı
Türkiyə və Suriyada baş verən zəlzələ və onun ağır nəticələrini kədərli bir şəkildə izləyirik. Zəlzələ baş verdiyi gündən etibarən, həm Azərbaycanda, həm də Türkiyədə təhsil alan yoldaşlarımızla birlikdə səfərbərlik başlatdıq. İlk andan etibarən Türkiyənin Ankara, İzmir, İstanbul və digər şəhərlərində "İnqilabın Səsi" üzvləri, Türkiyədəki qardaş partiyamız “Sosyalist Əməkçiler Partiyası” ilə birlikdə zəlzələ bölgələrində ehtiyac duyulan malları toplamağa başladıq. Azərbaycandakı yoldaşlarımızın maddi və əmtəə-mərkəzli dəstəklərini zəlzələ regionlarına çatdırmaq üçün Türkiyədəki yoldaşlarımıza göndərdik. Yoldaşlarımızdan bir heyət "SEP" ilə birlikdə zərərçəkmiş regionlardan biri olan Adıyaman bölgəsinə getdi. Yoldaşlarımız orada toplanan malları zəhmətkeş xalqa çatdırır, yemək bişirərək aclığa məhkum edilən xalqa kömək edir, soyuğa məhkum edilən xalq üçün çadırlar qurur. İqtidarın ölümə düçar etdiyi, sahibkar və şirkətlərin isə mənfəət hərisliyi səbəbilə tənhalığa məhkum etdiyi bölgələrdə həmrəylik nümayiş etdirən yoldaşlarımıza salam olsun!
Zəlzələ Türkiyə üçün yeni bir fenomena deyil. 1999 Gölcük, 2011 Van, 2020 Elazığ, 2020 Ege, 2023 Maraş və qeyd etmədiyimiz bir neçə zəlzələ yaxın illərdə dağıntılara və fəlakətlərə səbəb olmuşdur. Geologiya professorları illərdir Kahramanmaraş mərkəzli zəlzələnin olacağını televiziya kanallarında dilə gətirirdilər. AKP (Ədalət və İnkişaf Partiyası) isə bu çıxışları dinləmədi. Professorları diqqətə alıb lazımi işlər görmək AKP-nin işinə gəlməz, çünki. AKP, 1999 Gölcük zəlzələsindən sonra alınan zəlzələ vergilərinin harada olduğu soruşulmasını istəməz. Ucuz və keyfiyyətsiz binalar istehsal edən tikinti podratçılarına kimin lisenziya verdiyi, onlardan kimin faydalandığı soruşulsun istəməz. Ancaq biz Azərbaycan zəhmətkeşləri, Türkiyə zəhmətkeş xalqını ölümə məhkum edənlərdən Türkiyə zəhmətkeşləri ilə birlikdə cavab tələb edəcəyik.
“Təbii” fəlakət deyə bir şey yoxdur. Fəlakət birbaşa olaraq siyasi bir məsələdir. Ona görə də, təqdim edilmək istənilən “siyasət-üstülük”ü qəbul etmirik. Yeridilmək istənilən birlik və bərabərlik səfsətələrini də qəbul etmirik. Kiminlə birlik olacağıq? Zəhmətkeş xalqın çiynindən düşmək bilməyən sahibkarlar və onları qoruyan dövlət ilə? Türkiyənin hakim sinifləri ilə ancaq digər ölkələrin hakim sinifləri birlik olar. Azərbaycan zəhmətkeşlərini dəmir yumruq ilə əzən İlham Əliyev sadəcə Türkiyə zəhmətkeşlərini dəmir yumruq ilə əzən Recep Tayyip Ərdoğan ilə birlik ola bilər. Çünki, İlham Əliyev də, ən az Rəcəb Tayyib Ərdoğan qədər günahkardır. Biz Azərbaycan inqilabçıları və zəhmətkeşləri sadəcə və sadəcə digər ölkələrin zəhmətkeşləri ilə birlik və bərabərlik içərisindəyik. Köhnə "VAZ"a yorğan-döşək yükləyərək artıq simvol halına gəlmiş Sərvər buna misaldır. İşçilər, zəhmətkeşlər özlərinin, övladlarının 2 paltarından 1-ni Türkiyədəki zəhmətkeş xalqa göndərir. İşçi sinfinin həmrəyliyi zəlzələnin yıxımından daha güclüdür!
Suriyaya tətbiq edilən sanksiyalar isə, kapitalizmin həyata önəm vermədiyinin göstəricisidir. Suriya xalqını ölümə, aclığa, səfalətə, miqrasiyaya məhkum edən imperializm indi də, zəlzələ qarşısında aciz buraxır. Biz Azərbaycan inqilabçıları Suriya üzərindəki sanksiyaların dərhal aradan qaldırılmasını tələb edirik!
Orta Şərqin alnına yazılmaq istənilən fəlakət coğrafiyası ssenarisinə qarşı çıxırıq. Nə qədər ki hakim siniflər Orta Şərqin zəhmətkeş xalqını istismar edəcək, burada fəlakətlər yaşanmağa davam edəcək. Orta Şərqə yeni bir bahar gəlməsi üçün işçilər və əzilən xalqlar onların alın tərindən faydalanan hakim sinifləri tarixin tozlu səhifələrinə həbs etməlidir. Bunun üçün də permanent inqilab proqramından başqa bir proqram yol göstərə bilməz.